Əsas Səhifə > Hadisə > DİNDAR MƏHBUSU İÇƏRİDƏ DƏ DİNC BURAXMIRLAR

DİNDAR MƏHBUSU İÇƏRİDƏ DƏ DİNC BURAXMIRLAR


29-05-2013, 12:05
DİNDAR MƏHBUSU İÇƏRİDƏ DƏ DİNC BURAXMIRLAR
İlahiyyatçı Tale Bağırovun Hüquqlarını Müdafiə Komitəsi onun karsa salınması ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: "Hüquqlarını müdafiə etdiyimiz vicdan məhbusu Tale Bağırzadə saxlandığı Bakı İstintaq Təcridxanasında cərimə kamerasına keçirilib.

Tale Bağırzadənin Hüquqlarını Müdafiə Komitəsi bu qanunsuzluğu qətiyyətlə pisləyir. Əminliklə bildiririk ki, Tale Bağırzadə cərimə kamerasına ictimaiyyətə və Avropa dövlətlərinə ünvanlanmış məktubuna görə cəzalandırılmaq məqsədilə keçirilmişdir. Bu isə Azərbaycan dövlətinin də qoşulduğu beynəlxalq penitensiar qaydalara, həmçinin milli qanunvericiliyə ziddir.Komitə bəyan edir ki, Tale Bağırzadənin hakimiyyət əleyhinə fikirlərinə görə həbs olunması sonuncu qanunsuz addımla - onun cərimə kamerasına salınması faktı ilə bir daha təsdiqlənir. Azərbaycanın siyasi hakimiyyətinə müraciət edərək, özbaşınalığa son qoymağa, Tale Bağırzadəni dərhal cərimə kamerasından çıxarmağa və insanların ifadə azadlığına hörmətlə yanaşmağa çağırırıq!Müdafiə Komitəsi bildirir ki, Tale Bağırzadəyə qarşı atılan hər hansı qanunsuz addıma susğun yanaşmayacaqıq və Konstitusiyamızın yol verdiyi bütün etiraz formalarından istifadə edəcəyik!"

Geri qayıt