Əsas Səhifə > Şou-biznes > KUBAT-SAMİR DUETİ

KUBAT-SAMİR DUETİ


13-12-2011, 11:24
KUBAT-SAMİR DUETİ

“BİZİM TÜRKİYƏDƏ KUBATLA ORTAQ DOSTLARIMIZ VAR”

Türkiyənin məşhur müğənnisi Kubat Samir Piriyevlə duet oxumaq istəyir.

Turkiyədən bol xəbərlər və işlərlə qayıdan müğənni Samir Piriyev Milli.Az xəbər portalına eksklüziv açıqlama verdi. Piriyevin dediyinə görə, Türkiyənin məşhur müğənnisi Kubatın Azərbaycan müğənnilərindən ən çox dinlədiyi və bəyəndiyi Samir Piriyev imiş.

"Bizim Türkiyədə Kubatla ortaq dostlarımız var. Və Kubat mənim haqqımda fikirlərini dostlarıma deyib. Özü ilə telefon bağlantım oldu. Mənə duet oxumağı təklif etdi. Mən də onun səsini və sənətini çox bəyənirəm. Hətta orada bizim səslərimizi də bənzədirlər. İndi görək də.

Məncə, iki kişi müğənninin, xüsusən də Türkiyə və Azərbaycan müğənnilərinin dueti maraqlı olardı. Türkiyədəki musiqi prodüserim Ömer Hayrı bizim üçün mahnı seçimi edir. Yəqin ki, gələn il duetimizi pərəstişkarlarım eşidəcəklər. Onu da qeyd edim ki, Türkiyədə yeni yazdığım mahnıları aranjman etdirmişəm. Bu yaxınlarda "Mənə görə" adlı mahnımı və digər yeni mahnılarımı eşidəcəklər", - S.Piriyev dedi.

Geri qayıt