Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEVƏ İSTEFA VERMƏSİ ÜÇÜN VAXT VERİLİB

RAMİZ MEHDİYEVƏ İSTEFA VERMƏSİ ÜÇÜN VAXT VERİLİB


29-05-2013, 11:42
RAMİZ MEHDİYEVƏ İSTEFA VERMƏSİ ÜÇÜN VAXT VERİLİB
HAKİMİYYƏT DAXİLİ PROSESLƏRDƏ ŞOK GƏLİŞMƏ: DƏYİŞİKLİK OLACAQ

DİA.AZ: - «Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yaxın günlərdə istefaya gedə bilər». Bu şok açıqlamanın da yer aldığı DİA.AZ-a göndərilən məlumatda bildirilir ki, son günlər mövqelərini yenidən bərpa etməsi haqda təəssüratlar yaranan, məlumatlar yayılan PA şefi əslində hələ də getmək və yaxud da qalmaq kimi bir dilemma ilə üz-üzədir.

DİA.AZ-ın elektron poçtuna göndərilən materialın sizlər üçün maraqlı olacağını təxmin edərək onu olduğu kimi diqqətinizə təqdim edirik:

«Ramiz Mehdiyev sözsüz ki, «hakimiyyət ustası» adlana biləcək bir fiqurdur. Onun illər ərzində öyrəndikləri bu gün onu yenilməz bir fiqura çevirirmiş kimi təəssürat yaradıb. Lakin vəziyyət görünən, görüntüyə təqdim olunan kimi deyil.

Vəziyyət tamam fərqlidir. Bu gün də Ramiz Mehdiyevin yola salınması gündəmdədir və artıq onun özünə də belə bir təklif edilib. Ona düşünməsi üçün vaxt da verilib. Ola bilsin ki, bu proses uzansın. Amma daha çox gözləniləni Ramiz Mehdiyevin yaxın günlərdə istefaya getməsidir.

Bu qərar hansı şəraitdə veriləcək, hansı formada icra olunacaq - bəlli deyil. Amma hakimiyyət dəhlizlərində artıq yeni PA rəhbərinin kimliyi ilə bağlı müəyyən müzakirələr aparılır».

Geri qayıt