Əsas Səhifə > Şou-biznes > KƏNAN DOĞULU “AZƏRBAYCAN” DEDİ

KƏNAN DOĞULU “AZƏRBAYCAN” DEDİ


24-09-2011, 12:10
KƏNAN DOĞULU “AZƏRBAYCAN” DEDİ

MƏŞHUR SƏNƏTÇİ KONSERTİNİ BU MAHNI İLƏ AÇIB

Türkiyənin məşhur pop ulduzu Kənan Doğulu sentyabrın 23-də Bakıda Yaşıl Teatr Konsert Kompleksində açıq hava altında yaddaqalan konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, sevilən müğənninin Bakıdakı konserti konsert Səlahəttin Atalayın rəhbərlik etdiyi “SA Organization” şirkətinin təşkilatçılığı və “BUTA production”un dəstəyi ilə həyata keçirilib. Artıq ənənə halını alan konsert gecikmələri bu dəfə də yaşanıb. Kənan Doğulunun konserti təyin olunan vaxtdan 45 dəqiqə sonra başlayıb.

Səhnəyə ilk olaraq azərbaycanlı müğənni Rəhim Rəhimli çıxıb və Kənan Doğulunun Bakıdakı pərəstişkarlarını salamlayıb. Sonra səhnəyə çıxan Kənan Doğulu ilk dəfə olaraq “Mənim nazlı yarım” Azərbaycan mahnısını ifa edib. Türkiyəli müğənninin ansamblında azərbaycanlı musiqiçilər və musiqi alətlərimiz də yer alıb.

Kənan Doğulu daha sonra bir-birinin ardınca hit mahnılarından olan “Yaşamana bak”, “Şans mələyim”, “Mütəvazi ol”, “Hep aklımdasın”, “Çakkıdı çakkıdı” mahnılarını ifa edib. Konsert boyu digər həmkarlarından fərqli olaraq Kənan Doğulu azərbaycanlı tamaşaçılara çoxsaylı arzular ünvanlayıb.

K. Doğulu qıvraq rəqsləri və dinamikliyi ilə auditoriyanı ələ alıb. Onun repertuarında “Yüzsüz yürək”, “Ara beni lütfən”, “Baş hərfi bən”, “X-aşkım”, “Ən qiymətlimsin” mahnıları böyük alqışa səbəb olub. Sənətçi Sibel Canla oxuduğu “Hançer” adlı mahnını öz vokalisti Duyğu ilə duet şəklində ifa edib. İki hissədən ibarət olan konsert anşlaqla baş tutub.

Konsertin ikinci hissəsi daha çox yadda qalıb və tamaşaçıların fəallığı nəzərə çarpıb. Müğənnini pianoda qardaşı, tanınmış musiqiçi Ozan Doğulu müşayiət edib. Kənan Doğulu konsert boyunca tamaşaçıları ayağa qalxmağa və onunla birgə rəqs etməyə səsləyib. Sevilən sənətçi tamaşaçılar gitarada mükəmməl ifada nümayiş etdirib və onun bu musiqi alətində özünəməxsus ifası tamaşaçıların “bravo” sədaları ilə müşayiət olunub. Müğənni iki saat yarımlıq çıxışdan sonra konsertinə son verib və pərəstişkarları ilə “sabahlarınız daha gözəl olsun və ən pis günümüz belə olsun” sözləri ilə vidalaşıb.


Geri qayıt