Əsas Səhifə > Ölkə, Manşet > SÖYÜN SADIXOV PETERBURQA NİYƏ GETMƏK İSTƏYİR?

SÖYÜN SADIXOV PETERBURQA NİYƏ GETMƏK İSTƏYİR?


27-05-2013, 11:48
SÖYÜN SADIXOV PETERBURQA NİYƏ GETMƏK İSTƏYİR?
O, İLYA ƏLİYEVDƏN İMTİNA ETSƏ DƏ…

DİA.AZ: - Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (RAFMMM) fəxri prezidenti, Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) yaradıcılarından biri, Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıxov bir neçə gün əvvəl maraqlı bir açıqlama ilə çıxış etdi. Söhbət onun həm Sankt-Peterburqdakı həbsə münasibətindən və həm də Sankt-Peterburqda yaşayan tanınmış iş adamı Vaqif Məmişova sərt reaksiya verməsindən gedir.

Xatırladaq ki, Söyün Sadıxov Sankt-Peterburqda «qarpız kralı» kimi tanınan İlya (İlham) Əliyevlə yaxın olmadığını, onunla bağlı Putinə müraciət etmədiyini bildirməklə yanaşı, milyarder Vaqif Məmişova da sərt ittihamlar irəli sürərək onu az qala vətənə xəyanətdə ittişham etmişdi.

Bununla bağlı DİA.AZ-a daxil olan yeni informasiyalardan aydın olur ki, əslində Söyün Sadıxovun bu şəkildə davranması anlaşılandır. Mənbəmizə görə, İlya Əliyevin həbsini «Milyarderlər İttifaqı»na zərbə vura biləcəyini, onun Azərbaycanla bağlı planlarını poza biləcəyini təxmin edən Söyün Sadıxov ondan imtina qərarını da məhz bu səbəblə verib.

Mənbəmizin söylədikləri: «Doğrudur, onların əlində İlya Əliyevi azadlığa buraxdırmaq çox asan məsələdir. Amma digər faktorları da unutmaq lazım deyil. Çünki İlya Əliyev daha çox azərbaycanlı iş adamlarının qənimi kimi tanınsa da, onlarla Azərbaycan əsilli iş adamına qarşı sui-qəsddə ittiham olunsa da, o, yalnız rus və erməni əsilli iş adamlarına qarşı addımlar atması səbəbindən mühakimə olundu. Yəni bu səbəbdən Söyün Sadıxovun və eləcə də «Milyarderlər İttifaqı» kimi tanınan RATİ-nin İlya Əliyevin müdafiəsinə qalxması uğurlu nəticə verməyə bilərdi».

Məlumatı verən qaynaq onu da bildirdi ki, amma yaxın günlərdə Söyün Sadıxovun Sankt-Peterburqa gəlməsi gözlənilir: «Onun hansı səbəblə gəldiyi bilinmir. Amma ola bilsin ki, Söyün Sadıxov yerli hüquq-mühafizə orqanları ilə İlya Əliyevin məsələsini müzakirə etsin. Çünki onlar çox yaxın olublar. Və Söyün Sadıxovun bu gün rəsmən İlya Əliyevdən imtina etməsi də faktları dəyişmir».

Geri qayıt