Əsas Səhifə > Ölkə, Manşet > KEŞMİŞ DEPUTATA QARŞI İTTİHAM

KEŞMİŞ DEPUTATA QARŞI İTTİHAM


12-12-2011, 17:41
KEŞMİŞ DEPUTATA QARŞI İTTİHAM

DÜNYAMİN XƏLİLOV MİLYONLARI NECƏ MƏNİMSƏYİB?

Bu gün “Bakı Quşçuluq”un bir qrup səhmdarı mətbuat konfransı keçirib və əsas səhmdarın (“Xezer Menecments Sistems”) rəhbəri, 2005-2010-cu illərdə Milli Məclisin üzvü olmuş Dünyamin Xəlilovu SC-nin əmlakını talan etməkdə və ləğvetmə yolu ilə izi silməkdə ittiham edilib.

“Bakı Quşçuluq” ASC-nin əmək kollektivinin təmsiçisi Adil Mirzəyev qeyd edib ki, 2004-cü ildən SC-də əmlak mənimsənilməyə başlayıb. Məsələn, 2004-cü ilin avqustunda Beynəlxalq Xilas Komitəsinin xətti ilə $2 mln məbləğində yem alınıb. Mizəyevin sözlərinə görə, yemin əsas hissəsini D.Xəlilov və fabrikin direktoru İlqar Əliyev mənimsəyib. Bu xərcləri ödəmək üçün Beynəlxalq Bankdan $2,5 mln kredit alınıb. Ukraynadan alınan 5 dəst avadanlıq ($115 min) satılıb, vəsait isə müəssisənin kassasına daxil olmayıb.

Qeyd edilib ki, “Bakı Quşçuluq”un ləğv edilməsi zamanı D.Xəlilov müəssisənin mülkiyyətindəki torpağı (37,1 ha) satmağa başlayıb.

Səhmdarlar narahat olur ki, burada 20-30 il işləyən əmək kollektivi üzvlərinə səhmlərə görə lazımi kompensasiya verilməyəcək. “Bakı Quşçuluq”un səhmlərinin 3%-i 56 nəfərlik əmək kollektivinə məxsusdur.

“Bakı Quşçuluq”un ləğvi barədə qərar 30 sentyabr 2011-ci ildə qəbul edilib. Mirzəyev qeyd edib ki, Ləğvetmə Komissiyasından prosesin gedişi barədə məlumat əldə edə bilmirlər.

Deyilənlərlə bağlı “Xezer Menecments Sistems” MMC-dən şərh ala bilmədik.


Geri qayıt