Əsas Səhifə > Hadisə > BAKIDA PSİXATRİYA XƏSTƏXANASININ XƏSTƏSİNİ DÖYÜB ÖLDÜRDÜLƏR

BAKIDA PSİXATRİYA XƏSTƏXANASININ XƏSTƏSİNİ DÖYÜB ÖLDÜRDÜLƏR


27-05-2013, 10:55
BAKIDA PSİXATRİYA XƏSTƏXANASININ XƏSTƏSİNİ DÖYÜB ÖLDÜRDÜLƏR
"Bu gün 2009-cu ilin aprel ayından müdafiəçisi oldugum, məhkəmənin qərarı ilə hazırda
1 saylı Respublika Psixiatriya Xəstəxanasının Ümumi tipli Məcburi Müalicə şöbəsində müalicədə olan Heydərov Zöhrab Sərvər oglu vəfat edib." Bu barədə Avropa.info-ya mərhumun vəkili Yusif Əliyev məlumat verib. "Qohumlarının bildirməsinə görə onu xəstəxanada döyüb öldürüblər, bədənindəki xəsarətlər də bunu sübut edir. Məni bu xəbər dəhşətli dərəcədə sarsıtdı. Atasının hansı zəhmətlər çəkməsini təsəvvür edə bilməzsiniz. Qohumlar bu iş üzrə bütün orqanlara şikayət ərizəsi yazacaqlarını və bu yoldan əl çəkməyəcəklərini bildirirlər. Allah valideynlərinə səbr versin, Allah rəhmət etsin. Mən bu qədər pis olmamışdım." Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt