Əsas Səhifə > Şou-biznes > 25400 MANATA GÖRƏ QOL GÖTÜRÜB OYNADILAR

25400 MANATA GÖRƏ QOL GÖTÜRÜB OYNADILAR


27-05-2013, 09:37
25400 MANATA GÖRƏ QOL GÖTÜRÜB OYNADILAR
Milli.Az xəbər verir ki, tanınmış teleaparıcı Sərxan Kərəmoğlunun təqdimatında Lider TV-də canlı yayımlanan “Lift” realiti-şousunda ötən gün əsl bayram ab-havası hökm sürüb.

Finalda mübarizə aparan müğənnilər - Emil Bədəlovla Əfqan Quliyevin şərəfinə sənət dostları Rəşad İlyasov, Elvin Abdullayev, Samira, Elnur Məmmədov, “Gilavar” qrupu, skripkaçı Səlim Abbasov və meyxanaçı Rəşad Dağlı studiyaya gələrək musiqili təbrikləri ilə onlara uğurlar arzulayıblar.

Əhvalları xoş olan Əfqan və Emil uduş məbləği 25 min 400 manat olan pul üçün yarışmaqdan çox, qol götürüb oynamaqları ilə diqqət çəkiblər.

Məlumunuz olsun ki, bu onların şouda sonuncu əyləncəli günləri oldu. Çünki şou bitdikdən dərhal sonra hər ikisi 12 kv.m-lik liftin içində yalnız səbr və dözüm nümayiş etdirməlidirlər.

Əgər hansısa ehtiyaclarını ödəmək istəsələr, mütləq şəkildə məğlubiyyətləri ilə barışmalıdırlar.

Geri qayıt