Əsas Səhifə > Cəmiyyət, Manşet > QƏDDAFİYƏ EHSAN VERƏN AZƏRBAYCANLI

QƏDDAFİYƏ EHSAN VERƏN AZƏRBAYCANLI


12-12-2011, 16:29
QƏDDAFİYƏ EHSAN VERƏN AZƏRBAYCANLI

“MƏN İNANIRAM Kİ, MÜSƏLMANLAR SONDA QALİB GƏLƏCƏK”

DİA.AZ: - Məlumat verərək bildirmişdik ki, Bakının Badamdar deyilən ərazisində sakinlərdən biri Liviyanın qətlə yetirilən prezidenti Müəmmər Qəddafinin ruhuna 3 mərasimi vermək niyyətində olsa da, sonradan bu niyyəti ona problem yaradıb. Özünün Elşən Mirəzliyev adlı sahibkar olduğunu bildirən Badamdar sakini Qəddafinin ölümündən təəssüfləndiyini də bəyan etmişdi.

Lakin buna baxmayaraq, Elşən Mirzəliyevin arzusu ürəyində qalıb. Onun Qəddafi üçün yasa mərasimi təşkil etmə niyyətinə düşməsi ona baha başa oturub. Bu barədə redaksiyamızı bilgiləndirən sahibkarın sözlərinə görə, yerli polis işçiləri həmin gün onu həbs edərək 3 sutka cəza kəsiblər. Və bununla da mərasim baş tutmayıb.

Bildirək ki, Elşən Mirzəliyev «Badamdar» xeyir-şər evində ehsan süfrəsi açmaq niyyətində idi.

Dünən redaksiyamıza telefon açan sahibkar bildirdi ki, dostlarına keçən həftənin cümə axşamı günü Qəddafinin ruhuna ehsan verib: «Axır ki, istəyimə çatdım».

Biz də bu maraqlı şəxslə bir qədər söhbətləşmək qərarına gəldik:

- Qəddafiyə münasibətiniz deyəsən, çox yaxşıdır…
- Allah ona rəhmət eləsin. Onun qətlini bütün müsəlmanların itgisi hesab edirəm. Necə ki, Səddam Hüseyni məğlub edəndən sonra İraq xaraba günə qalıb, Qəddafinin ölümündən sonra da Liviyə cəhənnəmə çevriləcək. Ərəblər bunu çox gec başa düşəcəklər. Başa düşəndə də iş işdən keçmiş olacaq.
- Deməli, Amerika əleyhdarısınız…
- Yox, sadəcə olaraq müsəlman təəssübkeşiyəm və inanıram ki, bir gün müsəlmanlar xristianlara qalib gələcək. Allah dinin hər yerdə hakim olacaq.
- İrana münasibətiniz?
- Çox pis.
- Onlar da axı müsəlmanlardır…
- İranın islam aləminə aidiyyatı yoxdur. Və mən Azərbaycanın birləşməsini arzulayanlardanam. Allah qoysa, bir gün İran adlı imperiya dağılacaq, Azərbaycan da bütöv olacaq.


Geri qayıt