Əsas Səhifə > Hadisə > XIRDALANDAKI KAZİNO BAĞLANDI

XIRDALANDAKI KAZİNO BAĞLANDI


24-09-2011, 12:07
XIRDALANDAKI KAZİNO BAĞLANDI

VERGİLƏR NAZİRLİYİ FƏALİYYƏTƏ KEÇDİ

Bir neçə gün əvvəl Xırdalan şəhəri 28 saylı ünvanda “Şəms” adlı qumarxana haqda material təqdim edilmişdi.

Həmin materialı redaksiyamıza təqdim edən sakinlər bildirirdilər ki, qumarxananın qarşısında hər gün dava olur və nalayiq söyüşlər işlədilir. Həmin davaların birindən çəkilmiş videomaterialı da oxuculara təqdim etmişdik.

Dünən isə Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsi Sumqayıt və Xırdalan şəhərlərində bir neçə qumarxananın qanunsuz fəaliyyət göstərdiyini açıqlayıb. Açıqlamada bildirilir ki, həmin obyektlərdən qumar aparatları nazirliyinin əməkdaşları tərəfindən müsadirə edilib və müvafiq tədbirlər görülüb. Adları açıqlanan qumarxanaların içərisində məhz Xırdalan sakinlərinin narazılığına səbəb olan “Şəms” də var.

Xatırladaq ki, sakinlər müraciətində bunları qeyd etmişdilər: “Sizdən artıq dərəcədə xahiş edirəm, Xırdalan şəhəri 28 saylı ünvanda “Şəms” adlı yerdə fəaliyyət göstərən “Şirvan” restoranında hər gecə baş verən biabırçılığın qarşısını alasınız. Burada hər gecə loto qumarxanası işləyir. Və səs-küydən, dava-dalaşdan yatmaq olmur. Hər gün neçə insanın qanı tökülür burada. Əraziyə PPX-da gəlir, lakin heç nə eləyə bilmirlər. Deyirlər bunların dalında duranlar lap yuxarıda oturur...”.


Geri qayıt