Əsas Səhifə > Ölkə, Manşet > BİZİM MÜXALİFƏT KİMİN ƏMİSİ OĞLUDUR?

BİZİM MÜXALİFƏT KİMİN ƏMİSİ OĞLUDUR?


25-05-2013, 10:27
BİZİM MÜXALİFƏT KİMİN ƏMİSİ OĞLUDUR?
CƏNABLAR, NƏ ETDİYİNİZİN FƏRQİNDƏSİNİZMİ?

DİA.AZ: - Bəli, elə bir dönəmə yetişmişik ki, artıq siyasətdə nə bir dəyər gözlənilir, nə etiket, nə ehkam. Azərbaycan siyasəti bu gün bir bazarı xatırladır ki, hər biri bir tüccara çevrilən siyasət adamlarımız hansı prosesdən nə qədər maddi gəlirlə çıxacaqlarını düşünməkdən başqa özgə bir qayəyə sahib deyillər.

Təbii ki, burada hakimiyyətin etdikləri və edə biləcəkləri anlaşılandır. İllərdir onlar öz prinsiplərini ortaya qoyublar və hər kəs bu gün hakimiyyətin hansı olaya hansı səviyyədə, hansı mahiyyətdə, hansı aspektdən reaksiya verəcəyini təxmin edə bilər. Amma ən anlaşılmayanı Azərbaycan müxalifətinin hazırki yaşantılarıdır.

Nə baş verir? Nədən bizim müxalifətimiz gözləmədiyimiz, arzulamadığımız şəklə düşdü. Hər halda, kimsə iddia edə bilməz ki, illərin məğlubiyyətləri, mərhumiyyətləri, sıxıntıları insanları mənəvi, ideoloji deqradasiyaya da məruz qoyur. Bu, yalandır. Yəni hansısa böhranlı vəziyyət total mənəvi hadisəyə nədən ola bilməz.

Amma Azərbaycanda nə yazıq ki, buy alan həqiqətə çevrildi. Bu gün Azərbaycan müxalifəti total şəkildə böhrana sürüklənir və illərin məğlubiyyətinin, sıxıntılarının yaratdığı yorğunluq hətta bir para müxalifət adamlarını düşmənlə eyni səngərə qədər daşıya bilib.

«Düşmənimin düşməni mənim dostumdur» prinsipindən çıxış edən müxalifətin favorit gücləri hətta əzəli mahiyyətlərindən belə uzaq düşüblar. İlk yanlış odur ki, onlar hakimiyyətdə oturan qüvvələrə rəqib kimi yox, düşmən kimi baxırlar. Təbii ki, burada hakimiyyətiçi qara qüvvələrin də kifayət qədər «zəhməti» var. Amma istənilən halda, özündən deyən siyasətçilər bel bir oyuna gəlməli deyildilər. Lakin gəldilər…

İkinci yanlış bu gün müxalifətin öz dəyərlərindən uzaqlaşaraq tamamən prinsipsizlik mövqeyində dayanmalıdır. Yəni əgər köhnə dəyərlər işə yaramırsa, bunun yenilənməsi əvəzinə, dəyərsizləşmə prosesi getdi ki, bu da müxalifətin daha da betər durumunu anons etməkdədir.

Bu gün müxalifət o həddə qədər enib ki, sanki dünən bu adamlar Sovetlər Birliyinin işğalından qurtulmamığımız uğrunda canlarını fəda etməmişdilər.

Milli Şura əslində Şurə hökumətinin bərpasına gedən bir yoldur. Bu ideyanın Kremldən gəlməsi də sübutlayır ki, illərdir Rusiyanın DAHA DA BÖYÜK RUSİYA uğrunda cızdığı planda artıq Azərbaycan müxalifətin də yer aldığını söyləyə biləsən. Bu gün Kəmaləddin Heydərovdan inciyib Putinin ayağına döşənməyin rəsmən adı XƏYANƏTDİR… MİLLƏTƏ VƏ AZƏRBAYCANIMIZA EDİLƏN XƏYANƏT!!!

Çox dəhşətli bir mənzərədir və bu mənzərə nə yazıq ki, Azərbaycanda mövcudiyyətini tapıb. Yəqin ki, çoxları bunun fərqinə varmır. Amma faktdır ki, bu gün Azərbaycan müxalifəti Rusiyanın qucağına doğru sürətlə irəliləyir. Hansı ki, bu qucaq tək onlara deyil, bütünlükdə olaraq millətimizə köləliyi vəd edir.

Sonda AMİP lideri Etibar Məmmədovun köhnələrdə dediyi bir ifadəni xatırlatmaq istərdim: «Mənim millətimdən olan diktator, məndən olmayan demokratdan mənə daha doğmadır». Təxminən bu şəkildə olan bu ifadə indi həqiqətən yerinə düşür.

Hakimiyyətdən küsmüsənsə, bu o demək deyil ki, dövlətdən, millətdən, vətəndən də küsməlisən. Bu halda xəyanət baş verər…

Azər – DİA.AZ

Geri qayıt