Əsas Səhifə > Ölkə > RAMİL SƏFƏROV AZƏRBAYCANA GƏTİRİLİR?

RAMİL SƏFƏROV AZƏRBAYCANA GƏTİRİLİR?


12-12-2011, 15:15
RAMİL SƏFƏROV AZƏRBAYCANA GƏTİRİLİR?

“OĞLUMUN BAKIYA GƏTİRİLİB-GƏTİRİLMƏYƏCƏYİ BARƏDƏ YENİ MƏLUMAT YOXDUR”

Məhbus zabit Ramil Səfərovun atası Sahib Səfərov dekabrın 12-də “Media forum” saytına açıqlama verib. O deyib ki, oğlu həftədə bir dəfə Macarıstandan zəng vurub hal-əhval tutur: “Ramilin səhhətindən şikayəti yoxdur. Hazırda macar dilindən kitab tərcümə edir”.

Atası qeyd edib ki, oğlunun Bakıya gətirilib-gətirilməyəcəyi barədə yeni məlumat yoxdur: “Azərbaycan rəsmilərinin bu məsələ ilə bağlı nə düşündüklərini, nə edəcəklərini bilmirəm”.

Azərbaycan ordusunun zabiti Ramil Səfərov 2004-cü il fevralın 19-da NATO-nun Macarıstanda keçirilən təlimi zamanı erməni zabiti Qurgen Marqaryanı öldürməkdə təqsirli bilinib. 2006-cı il aprelin 13-də Budapeşt məhkəməsi onu 30 il müddətinə əfv olunmaq hüququndan məhrum edilməklə ömürlük həbsə məhkum edib.

Avropa Şurasının “Məhkumların cəzalarının qalan hissəsini çəkilməsi üçün verilməsi” konvensiyasına görə, Ramil Səfərov cəzasını Azərbaycanda çəkə bilər. Ancaq indiyədək Budapeşt Ramil Səfərovu təhvil verməyib.


Geri qayıt