Əsas Səhifə > Hadisə > NEFT ŞİRKƏTİNDƏ BƏDBƏXT HADİSƏLƏRİN SAYI ARTIB

NEFT ŞİRKƏTİNDƏ BƏDBƏXT HADİSƏLƏRİN SAYI ARTIB


12-12-2011, 13:21
NEFT ŞİRKƏTİNDƏ BƏDBƏXT HADİSƏLƏRİN SAYI ARTIB

BU BARƏDƏ ARDNŞ HESABAT YAYIB

2010-cu ildə ARDNŞ əmək şəraitinin yaxşılaşdırılması və əməyin mühafizəsi üçün xərcləri 18% artırıb, cəmi bu məqsədlə 14,4 mln manat ayrılıb. Bu barədə ARDNŞ-nin aylıq hesabatında bildirilir.

Bu vəsaitin 9 mln 480,5 min manatı xüsusi paltar alınması, mühəndis texniki heyətdən istehsal obyektində çalışanların ən yeni xüsusi müdafiə vasitələri ilə təmin edilməsi üçün xərclənib.

Ötən il ARDNŞ əməyin mühafizəsi şöbəsi 1600 əmək mühafizəsinin pozulması halları aşkarlayıb, 19 bədbəxt hadisə olub və 4 nəfər ölüb.

Bununla bağlı 609 nəfər inzibati məsuliyyətə cəlb edilib. bundan 295 nəfər xəbərdarlıq alıb, 151 nəfərə son xəbərdarlıq edilib, iki nəfər vəzifədən azad edilib, 161 nəfər cərimələnib.

Bu il neft sahəsində bədbəxt hadisələr kəskin şəkildə artıb. Bir sıra məlumatlara görə, 2011-ci ilin 11 ayında ölkənin neft-qaz sənayesində 23 nəfər həlak olub.


Geri qayıt