Əsas Səhifə > Güney Press, Üçüncü sektor > GƏNCƏDƏ 6 ZABİTİMİZƏ HÖKM OXUNDU

GƏNCƏDƏ 6 ZABİTİMİZƏ HÖKM OXUNDU


22-05-2013, 11:28
GƏNCƏDƏ 6 ZABİTİMİZƏ HÖKM OXUNDU
CİNAYƏT İŞİNİN İLGİNC DETALLARI

Ötən ilin mart ayında Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin Qazax rayonu ərazisində yerləşən “N ” saylı hərbi hissəsində Erməni diversiya qrupu tərəfindən əsgərlərimizin qazmasına qumbara atılması nəticəsində iki əsgərimiz şəhid olmuşdur. Analoji hadisə yenə də erməni diversantları tərəfindən 01.06.2012-ci il tarixdə də eyni hərbi hissənin qulluq keçdiyi həmin mövqedə 5 əsgərimizin şəhid olması ilə nəticələnmişdir. Hətta o zaman bu qanlı olayla bağlı Müdafiə Nazirliyi Azərbaycan mətbuatına məlumat da vermədi.
Moderator.az-a etibarlı mənbənin verdiyi məlumata görə erməni diversantlarının törətmiş olduqları bu qanlı olaya görə adı çəkilən Şəmkir korpusunun bir hərbi hissəsinin bütün komandir heyəti altı nəfər zabitimiz Gəncə Hərbi Məhkəməsi tərəfindən günahlandırılaraq azadlıqdan məhrum ediliblər. Gəncə Hərbi Məhkəməsində “N” saylı hərbi hissənin komandiri polkovnik Leytenant Adışov Nail 4 il 6 ay hərbi hissənin qərargah rəisi polkovnik leytenant Elşad İsmayılov 4 il, 2-ci taborun komandiri mayor Asim Sadıqov 4 il, 2-ci taborun qərargah rəisi mayor Rövşən Novruzov 4 il ,5-ci bölüyün komandiri baş leytenant Elşən 4 il və 6-cı bölüyün komandiri Kənan adlı zabitlərimiz azadlıqdan məhrum ediliblər. Gəncə Hərbi Məhkəməsində adıçəkilən zabit heyəti Qazax rayonunda baş vermiş olan əsgər ölümlərinə görə Şəmkir Korpus rəisini eləcə də müdafiə nazirliyini ittiham edib. Hərbiçilərimiz qanlı olaydan öncə düşmən tərəfdən çoxlu sayda canlı qüvvəsinin itkisi ilə nəticələn əməliyyatdan sonra strateji yüksəklik olan postlardan əsgər saylarını artırmaq əvəzinə əksinə canlı qüvvənin sayının azaldılmasında əsas günahkarların məsuliyyətə cəlb olunmasını tələb etmişlər. Məhkəmə tərəfindən verilən son sözlərdə zabitlərimiz tərəfindən səslənən çıxışlarda qəflətən postlardan əsgər saylarının azaldılmasında əmr verən şəxsin müəyyənləşdirilməsini nəticədə belə çoxlu sayda əsgərlərimizin erməni diversantlar tərəfindən qətlə yetirilməsinə yol açan məsuliyyət sahiblərinin cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə çıxışlarına son veriblər. Bu qanlı olaya görə əsas günahkarı müdafiə nazirliyində axtarılmasını hərbi Məhkəmədən tələb ediblər. Azərbaycan Ordusunun mövqelərində hər bir postlarda olan əsgər saylarının artırılıb-azalması səlahiyyətinin Müdafiə Nazirliyi vasitəsilə korpus komandiri həyata keçirə bilər. Ordumuzun qanlı olay baş verən postu erməni diversantlar tərəfindən bir neçə gün ardıcıl olaraq davamlı izlənildikdən sonra ən zəif koordinat kimi də hədəfə götürülmüşdür.Nəticədə adı çəkilən bölüklərin mövqeyində belə bir əsgər ölümü ilə nəticələnən qətliam baş vermişdir.Törədilən hadisə ilə bağlı Hərbi Prokurorluğun apardığı istintaq hərəkətlərinin düzgün olmadığını eləcə də Gəncə Hərbi Məhkəməsinin çıxarmış olduğu cəzadan narazı olan zabitlər Apellyasiya şikayətləri verəcəklərini bildirmişlər. Adıçəkilən hərbçilərimiz hazırda Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılır.

Geri qayıt