Əsas Səhifə > Dünya > SURİYADA VƏZİYYƏT URUSCADIR

SURİYADA VƏZİYYƏT URUSCADIR


22-05-2013, 10:55
SURİYADA VƏZİYYƏT URUSCADIR
8 MİLYONDAN ÇOX ADAMIN YARDIMA EHTİYACI VAR

Suriyanın əhalisinin 38 faizi, yəni təqribən 8,3 milyon vətəndaşı təcili yardıma ehtiyaclıdır. Bu barədə BMT-nin Humanitar İşlər İdarəsindən bildirilib, - “Anadolu”.

BMT-nin məlumatına görə, Suriyadakı böhran səbəbindən bu ölkədə əhalinin 38 faizi humanitar yardımlara ehtiyaclıdır. Məlumata görə, buraya ölkədə yaşayan 6,8 milyon suriyalı və xarici ölkələrə sığınmış 1,5 milyon suriyalı məcburi köçkün daxildir.

BMT xəbərdarlıq edir ki, Suriyada hər keçən gün humanitar vəziyyət daha da ağırlaşır. Məlumata görə, sərt istilərin yaxınlaşması vəziyyəti daha da ağırlaşdıracaq.

Geri qayıt