Əsas Səhifə > Şou-biznes > BİZİ KİM TƏMSİL EDƏCƏK?

BİZİ KİM TƏMSİL EDƏCƏK?


12-12-2011, 12:50
BİZİ KİM TƏMSİL EDƏCƏK?

8 NAMİZƏD SABAHDAN YARIŞMAYA QATILIR

Sabahdan “Evrovision-2012” milli seçim turlarının 3-cü həftəsi başlayır. İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən verilən məlumata görə, bu həftənin iştirakçıları Xəyyam Mustafazadə, Fərid Ramazanov, Aytac Vəliyeva, Rüstəm Əlləzov, Rövşən Əzizov, Aysel Quluzadə, Yelena Kərimova, Anar Səfərov və Altun Zeynalov olacaq. İştirakçılar həftənin 5 günü canlı yayımda ifalarını təqdim edəcəklər. Şənbə günü isə münsiflər heyəti və tamaşaçıların səsverməsi nəticəsində 3-cü həftənin qalibi bəlli olacaq.

Qeyd edək ki, artıq 2 nəfər yarımfinal mərhələsinə vəsiqə qazanıb. Finalda isə milli seçim həftələrinin birincisi olan 8 nəfər yarışacaq və qələbə qazanan iştirakçı 2012-ci ilin mayında Bakıda keçiriləcək 57-ci “Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək.


Geri qayıt