Əsas Səhifə > Partiya > AMİP-DƏ YENİ TƏYİNAT

AMİP-DƏ YENİ TƏYİNAT


12-12-2011, 12:25
AMİP-DƏ YENİ TƏYİNAT

RƏŞAD BAYRAMOV MŞ-YƏ SƏDR SEÇİLDİ

AMİP Mərkəzi Şurasının növbəti iclası keçirilib. Partiyadan DİA.AZ-a verilən məlumata görə, iclasda katibliyin hesabatı dinlənilib, təşkilatı məsələyə baxılıb, ölkədəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyət müzakirə olunaraq qətnamə və Güney Azərbaycandakı vəziyyətlə bağlı bəyanat qəbul edilib.

Katiblik adından hesabat verən AMİP baş katibi Arzuxan Əlizadə keçən dövr ərzində görülən işlər haqqında, rayon (şəhər) təşkilatlarındakı vəziyət, təbliğat işinin təşkili, beynəlxalq əlaqələr və qarşıda duran vəzifələr barədə məlumat verdikdən sonra hesabat ətrafında müzakirələr olub və nəticə etibarı ilə katibliyin fəaliyyəti kafi qiymətləndirilib.

Təşkilati məsələlərin müzakirəsi zamanı Mərkəzi Şura sədrliyinə Rəşad Bayramovun namizədliyi irəli sürülüb və o, AMİP Mərkəzi Şurasının sədri seçilib. MŞ sədrinin təqdimatı ilə Nigar Əlicanlı Mərkəzi Şuranın sədr müavini seçilib. AMİP Siyasi Şurasında vakant qalan üç yerə seçkilər keçirilib və səsvermənin nəticələrinə görə Eldar Hüseynov, Zəfər Vəliyev və Adil Qurbanov Siyasi Şura üzvləri seçiliblər.

Sonda Güney Azərbaycandakı vəziyət müzakirə olunaraq İran rejiminin Güneyli soydaşlarımıza yönəlik siyasətinin sərtləşdirilməsi, repressiyaların, təqib və təzyiqlərin amansız xarakter alması, qətl və həbslərin intensivləşməsinin ciddi narahatlıq doğurduğu bildirilib və bununla bağlı AMİP Mərkəzi Şurasının bəyanatı qəbul olunub.


Geri qayıt