Əsas Səhifə > Ölkə, Manşet > KƏRƏM HƏSƏNOVUN VƏZİFƏSİNİ BÖYÜDƏ BİLƏRLƏR

KƏRƏM HƏSƏNOVUN VƏZİFƏSİNİ BÖYÜDƏ BİLƏRLƏR


21-05-2013, 13:05
KƏRƏM HƏSƏNOVUN VƏZİFƏSİNİ BÖYÜDƏ BİLƏRLƏR
KOMİTƏ SƏDRİNİN BAŞ NAZİR POSTUNA GƏLƏCƏYİ DEYİLİR

DİA.AZ: - Neçə müddət Azərbaycanın baş naziri postunda dəyişikliklə bağlı xəbərlər yayılsa da, Artur Rəsizadənin yerindən tərpənmədiyini gördük. Və bu arada redaksiyamıza yenidən baş nazir postu ilə bağlı məlumatlar daxil olub. Özünü Prezident Administrasiyasının işçisi kimi təqdim edən mənbə maraqlı bir informasiyanı DİA.AZ-a çatdırıb.

Həmin məlumatı olduğu kimi diqqətinizə təqdim edirik: «Mən Prezident Administrasiyasında işləyirəm. Prezident seçkilərindən sonra təsdiqlənəcək və vəzifəsini itirəcək nazirlərin, komitə rəhbərlərinin kimliyi ilə bağlı PA-da qızğın müzakirələr gedir. Və hətta siyahı tutanlar da var.

Sizə isə ən maraqlı bir məqamı çatdırıram. Artur Rəsizadənin yerinə prezident seçkilərindən sonra hazırda əmlak məsələləri üzrə dövlət komitəsinə rəhbərlik edən Kərəm Həsənovun gətiriləcəyi danışılır. Bu məlumatın nə qədər düz, nə qədər yalan olduğunu bilməsəm də, ciddi adamların dilindən də bu fikirlər səslənib».

Geri qayıt