Əsas Səhifə > Ölkə > “NƏ ƏLI İNSANOVA, NƏ DƏ FƏRHAD ƏLİYEVƏ IŞGƏNCƏ VERİLİR”

“NƏ ƏLI İNSANOVA, NƏ DƏ FƏRHAD ƏLİYEVƏ IŞGƏNCƏ VERİLİR”


12-12-2011, 11:52
“NƏ ƏLI İNSANOVA, NƏ DƏ FƏRHAD ƏLİYEVƏ IŞGƏNCƏ VERİLİR”

“ONLAR DA DİGƏR MƏHKUMLAR KİMİ YAŞAYIRLAR”

“Azərbaycanda siyasi məhbus yoxdur”. APA-nın xəbərinə görə, bunu ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev jurnalistlərə açıqlamasında deyib.

M. Quliyev jurnalistlərin suallarına cavab olaraq, həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova cəzaçəkmə müəssisəsində işgəncə verilməsi barədə yayılan məlumatlara münasibət bildirib: “Nə Əli İnsanova, nə də Fərhad Əliyevə işgəncə verilir. Onlar da digər məhkumlar kimi yaşayırlar, onların da durumu digər məhkumların durumu kimidir. Ola bilsin ki, onlar özlərinə imtiyaz istəyirlər. Amma heç bir məhkuma imtiyaz verilmir”.


Geri qayıt