Əsas Səhifə > Ölkə, Manşet > İKİ RAYONUN İCRA BAŞÇISI XƏBƏRDARLIQ ALDI

İKİ RAYONUN İCRA BAŞÇISI XƏBƏRDARLIQ ALDI


20-05-2013, 14:50
İKİ RAYONUN İCRA BAŞÇISI XƏBƏRDARLIQ ALDI
FƏALİYYƏTLƏRİ CİDDİ NƏZARƏTƏ GÖTÜRÜLÜB

DİA.AZ: - Bir sıra rayonların icra hakimiyyəti başçıları ilə bağlı cəza tədbirləri həyata keçirilə bilər. Bu şok məlumatı DİA.AZ-a verən Nazirlər Kabinetindəki qaynağın iddialarından belə aydın olur ki, konkret olaraq iki rayonun icra başçısı sərt formada xəbərdarlıq alıb. Və onların fəaliyyəti bu xəbərdarlığın ardından ciddi nəzarətə götürülüb.

Mənbənin söylədikləri: «Xəbərdarlıq alanlardan biri Gədəbəyin icra başçısı Ramiz Yediyarov, digəri isə Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyevdir».

Mənbəmizin sözlərinə görə, Gədəbəy rayon icra hakimiyyətinin başçısı onunla məmurlardan birinin arasında yaranmış pul qalmaqalına görə hədəfə çevrilibsə, Nizaməddin Quliyevdə durum tamam fərqlidir: «Goranboyun rəhbərinə rayonda narazılıq ab-havasını artırması səbəbindən xəbərdarlıq edilib».

Onu da bildirək ki, neçə müddətdir Nizaməddin Quliyevə qarşı hazırda həbsdə saxlanılan iş adamı Müqayis Verdiyev tərəfindən də ifşaedici faktlar açıqlanır. Qeyd edək ki, bu məsələ ilə əlaqədar redaksiyamıza çox maraqlı faktlar ötürülüb. Və bu faktlar Müqayis Verdiyevin özünün da bir sıra qaranlıq fəaliyyətlərini ortaya qoymaqdadır.

Yaxın vaxtlarda həmin bilgiləri diqqətinizə çatdıracağıq. Bizi izləməkdə davam edin…

Geri qayıt