Əsas Səhifə > Cəmiyyət > ARDNŞ ŞEFİ YAXASINI KƏNARA ÇƏKDİ

ARDNŞ ŞEFİ YAXASINI KƏNARA ÇƏKDİ


12-12-2011, 11:15
ARDNŞ ŞEFİ YAXASINI KƏNARA ÇƏKDİ

“ZƏHƏRLƏNMƏLƏRİN ŞİRKƏTİMİZƏ DƏXLİ YOXDUR”

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev son vaxtlar ölkədə qazdan boğulma hallarının artmasına münasibət bildirib.

“APA-ECONOMICS”in xəbərinə görə, R.Abdullayev deyib ki, qazdan boğulma hallarının ARDNŞ-a heç bir aidiyyəti yoxdur: “Qazdan boğulma halları əsasən tüstü bacalarının tutulması nəticəsində baş verir. Kiminsə tüstü bacası tutulub ölürsə, bu bizim günahımız deyil”.

ARDNŞ prezidenti vətəndaşları evlərindəki tüstü bacalarına nəzarət etməyə, aldıqları qaz sobalarına diqqət yetirməyə çağırıb: “Yaşayış binalarındakı tüstü bacalarını ARDNŞ deyil, müvafiq MİS-lər təmizləməlidirlər”.


Geri qayıt