Əsas Səhifə > Güney Press, Araşdırma > İSMAYIL ÖMƏROVA DAHA BİR İŞ TƏKLİFİ

İSMAYIL ÖMƏROVA DAHA BİR İŞ TƏKLİFİ


20-05-2013, 12:41
İSMAYIL ÖMƏROVA DAHA BİR İŞ TƏKLİFİ
MƏŞHUR TELEVİZYONÇU BATV RƏHBƏRLİYİNƏ GƏTİRİLİR

Bu günlərdə İsveçdə Dünya Azərbaycanlıları Konqresinin həmsədri Mirəşrəf Fətiyevin və Cavad Derextinin təsisçiliyi ilə fəaliyyətə başlayan Bütöv Azərbaycan Televiziyasının rəhbərliyinə İçtimai Televiziyanın sədrliyindən ayrılan İsmayıl Ömərov gətirilə bilər.
Vətəninfo.az-ın məlumatlı qaynaqlardan əldə etdiyi xəbərə görə, BATV-nin rəhbərliyinə İ.Ömərovun gətirilməsində məqsəd onun bu günə kimi TV sahəsindəki təcrübəsindən yararlanaraq BATV-ni dünya televiziyaları sırasına qaldırmaqdı.
Məlumata görə, hazırda bu istiqamətdə İ.Ömərovla danışıqlar aparılır və İTV-nin keçmiş rəhbəri də bu məsələdə könülsüz görünmür.

Geri qayıt