Əsas Səhifə > Ölkə, Manşet > İRAN SƏFƏRİNDƏ DİPLOMATIMIZA HÖRMƏTSİZLİK
İRAN SƏFƏRİNDƏ DİPLOMATIMIZA HÖRMƏTSİZLİK20-05-2013, 12:16 |
RƏSMİ TEHRANLA MÜNASİBƏTLƏRDƏ ÜFÜRÜLƏN SU DİA.AZ: - Hələ də İranda olan bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin bu səfəri heç də birmənalı qarşılanmamaqdadır. Doğrudur, həm yerli və həm də xaricii ekspertlər Şeyxin bu səfərini rəsmi Bakının İran-Azərbaycan münasibətlərindəki gərginliyə su səpilməsi cəhdi kimi dəyərləndirirlər. Amma bir məqam xüsusi rolaraq vurğulanır ki, istənilən halda Bakı ilə Tehranın sözü bir yerə qoyması qeyri-mümkün olduğundan Şeyxin səfərinə rəng qatan Xalidə Xalidin azadlığı belə unudulub gedəcək. Elə DİA.AZ-a daxil olan informasiyalar da belə deməyə əsas yaradır. Diplomatik qaynaqlardan redaksiyamıza gələn məlumata görə, Şeyxin Tehran səfəri zamanı maraqlı bir insident də yaşanıb: «Azərbaycanın İrandakı diplomatlarından biri (adını dəqiqləşdiririk -red.) Şeyxi görüşlərin birində müşaiyət etmək istəsə də, «səndən İranın xoşu gəlmir» deyib, həmin diplomatı görüş protokoluna daxil etməyiblər». Yəni bu fakt da təsdiqləyir ki, tərəflər əllərini sıxsalar da, digər əllərindəki çomaqdan da möhkəmcə yapışıblar. Geri qayıt |