Əsas Səhifə > Siyasət, Manşet > ƏLİ ƏHMƏDOVU PA-DA NƏDƏN ÇOX İSTƏMİRLƏR?

ƏLİ ƏHMƏDOVU PA-DA NƏDƏN ÇOX İSTƏMİRLƏR?


20-05-2013, 11:20
ƏLİ ƏHMƏDOVU PA-DA NƏDƏN ÇOX İSTƏMİRLƏR?
YAP-IN İCRA KATİBİNƏ QARŞI KAMPANİYA SEÇKİQABAĞI DÖNƏMƏ XASDIR

DİA.AZ: - Son günlər hakim partiyanın rəhbərliyinə, konkret olaraq YAP-ın icra katibi Əli Əhmədova qarşı mətbuatda bir kampaniya başladılıb. Əslində bu kampaniyanın hansı maraqlardan yarandığını təxmin etmək o qədər də çətin deyil. Seçkiqabağı dönəmdə təşəbbüslərin YAP-dan alınmasına yönəlik bu prosesdə Əli Əhmədovun üzərinə gedən qüvvələr hələlik köhnə YAP-çı qvardiyasının dili ilə danışsalar da, kampaniyanın sonradan daha da geniş miqyas alacağı şübhəsizdir. Artıq bunun ilkin işartıları da görünməkdədir.

Bu barədə DİA.AZ-a danışan hökumət içindəki mənbə iddia edir ki, Əli Əhmədov zaman-zaman Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə toqquşub: «Əslində Ramiz Mehdiyevdən sonrakı dönəm üçün PA-ya rəhbərlik şansı yüksək olan Əli Əhmədov YAP-dakı icraçılıq missiyası ilə də uğurlu birisi olması barədə təəssürat yaradıb. Və digər tərəfdən Əli Əhmədovun heç bir hakimiyyətiçi qruplaşmaya qoşulmadan birbaşa olaraq prezidentə bağlı olması da onun şanslarının yüksəlməsilə müşaiyət olunmaqdadır. Bu isə nə Ramiz Mehdiyevin, nə də onun arxasında dayanan qüvvələrin, habelə onun çevrəsinə aid fiqurların marağında deyil».

Mənbəmiz xatırladır ki, son parlament seçkiləri ərəfəsində və ondan sonrakı müddət boyunca da Əli Həsənov Mehdiyevin əsas hədəfi kimi diqqətə gəlmişdi: «Hətta elə bir situasiya yaratmışdılar ki, Əli Əhmədovun deputat seçilməsi belə şübhə altına düşmüşdü. Doğrudur, belə bir hadisə baş verməyəcəkdi. Amma əlindəki rıçaqlar hesabına Ramiz Mehdiyev Əli Əhmədovun əsəbləri ilə oynaya bildi. Və ardından mətbuatda aparılan kampaniya Əli Əhmədov-Ramiz Mehdiyev gərginliyinə əlavə şiddət qatmış oldu».

Fəaliyyəti qadağan edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin videobombardmanına Əli Əhmədovun sərt və birmənalı şəkildə reaksiya verməsini də təsadüfi hesab etməyən mənbəmiz bildirdi ki, əslində bu hadisələr Əli Əhmədov-Ramiz Mehdiyev münasibətlərindəki gərgin atmosferin yenidən qızışmasına gətirib çıxardı:

«Çünki həmin ərəfədə Mehdiyev vəzifəsini itirəcəkdisə, o zaman Əli Əhmədov şəriksiz PA rəhbəri adayı olduğundan onun yerinə YAP-ın icra katibinin keçidi labüdü idi. Sonradan PA-dakı antimehdiyevçi şəbəkənin fəalları Əli Əsədov və Zeynal Nağdəliyevə PA rəhbərinin müavinləri postunun verilməsi də təsdiqlədi ki, Ramiz Mehdiyevin yerinə namizəd Əli Əhmədovdur. Buna qədərsə adları çəkilən şəxslər Əli Əhmədova alternativ hesab olunurdular».

İndi yenidən tərəflərin üz-üzə gəldiyini bildirən mənbəmiz bütün hadisələrin məhz qarşıdan gələn prezident seçkilərinə hesablandığını və heç nəyin təsadüfən baş vermədiyini də bildirdi: «Burada təsadüfi heç nə yoxdur. Ramiz Mehdiyev Əli Əhmədovu birdəfəlik olaraq seçki prosesindən uzaqlaşdırmağı düşünür. Həmçinin amnistiya aktının müzakirəsi zamanı parlamentdə Ramiz Mehdiyevin mövqelərinə ciddi zərbə də vuruldu və Ramiz Mehdiyev köhnə YAP-çı eşalonunun bir nömrəli düşməni kimi təqdim olundu. Ramiz Mehdiyev isə əsas günahkar kimi Əli Əhmədovu təqdim etmə yolunu tutdu. Yəni burada iz azdıoma cəhdi də var».

Mənbəmiz yenə də son sözün prezidentdə olduğunu vurğuladı: «Təbii ki, son söz pezidentdədir. Və prezident də artıq sözünü deyib. Amma bu son deyil. Son Ramiz Mehdiyevin gedişilə baş verəcək».

Geri qayıt