Əsas Səhifə > Cəmiyyət > MƏTBUAT QARABAĞDA SÜLH PROSESİNƏ CƏLB EDİLƏ BİLƏR
MƏTBUAT QARABAĞDA SÜLH PROSESİNƏ CƏLB EDİLƏ BİLƏR11-12-2011, 17:02 |
PİTER SEMNEBİDƏN TƏKLİF VAR “Dağlıq Qarabağ münaqişəsinin həllində KİV vasitələrinin rolu da inkişaf etdirilməlidir. Bu sözləri APA-nın Gürcüstan bürosuna Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə keçmiş xüsusi nümayəndəsi, hazırda İsveç Xarici İşlər Nazirliyinin sərəncamında olan, diplomat Piter Semnebi bildirib. “Bu sahədə KİV vasitələri mükəmməl işləməli, Azərbaycan və Ermənistanın vətəndaşlarını Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə inandırmalıdırlar. Şübhəsiz hər iki tərəf buna hazır olmalıdır,-” İsveç diplomatı bildirib. Piter Semnebi eyni zamanda bildirib ki, bütün təşkilatlar, həm Avropa Birliyi (AB), həm də Minsk Qrupu bu istiqamətdə işləyir. “Bunu müsbət hal kimi qiymətləndirmək olar. Mənim rəsmi mövqeyim yoxdur. Mən yalnız Aİ-nin adından açıqlama verə bilərəm. Ümidvaram ki, çətinliklərə baxmayaraq, bu məsələdə irəliləyiş əldə oluna bilər. Tərəflərin bir-birinə etibar etməməyi Qarabağ məsələsinin həllinə mane olur.” Geri qayıt |