Əsas Səhifə > Hadisə > SƏHƏR SAATLARINDA SƏBAİLDƏ ZƏNCİRVARİ QƏZA

SƏHƏR SAATLARINDA SƏBAİLDƏ ZƏNCİRVARİ QƏZA


20-05-2013, 10:12
SƏHƏR SAATLARINDA SƏBAİLDƏ ZƏNCİRVARİ QƏZA
QƏZA NƏTİCƏSİNDƏ YARALANANLAR VAR

Bu gün saat 09:30 radələrində Bakının Səbail rayonu ərazisində zəncirvari yol qəzası baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qəza Bibiheybət prospektində olub. Hadisə yerinə polis əməkdaşları yollanıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzada “Hyundai”, “Mitsubishi-Pajero”, “Toyota-Prado” markalı avtomobillərin də iştirakı ilə 6 maşın toqquşub. Qəzanın baş verməsinə “Hyundai” markalı avtomobilin sürət həddini aşaraq qarşıdakı “Mitsubishi-Pajero”ya çırpılması səbəb olub. Sonradan digər avtomobillər də onlara çırpılıb. Qəzada “Hyundai” və “Mitsubishi-Pajero” markalı avtomobillərin sürücüləri yüngül xəsarət alsalar da, avtomobillərə ciddi ziyan dəyib.

Qəzanın başvermə səbəbləri dəqiqləşdirilir.

Geri qayıt