Əsas Səhifə > Partiya > AXC RUSİYADA DEMOKRATİYA OLANDA İQTİDAR OLDU

AXC RUSİYADA DEMOKRATİYA OLANDA İQTİDAR OLDU


11-12-2011, 13:00
AXC RUSİYADA DEMOKRATİYA OLANDA İQTİDAR OLDU

ƏLİ KƏRİMLİ MOSKVADA BAŞ VERƏNLƏRİ TƏQDİR EDİR

Dekabrın 10-da Moskvada da daxil olmaqla Rusiyanın bir sıra şəhərlərində parlament seçkilərinin nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilib.

Azərbaycanın siyasi dairələrində Rusiyada cərəyan edən proseslərə münasibət fərqlidir.

AXCP sədri Əli Kərimli:

- Dünyada başlayan demokratikləşmə dalğasının Rusiyadan da yan keçməyəcəyi məlum idi. Amma belə tez zamanda bu ölkədə müxalifətin böyük gücə çevrilməsi ciddi bir hadisədir.

Bu ölkədə pis və yaxşı nə baş verirsə, hamısı Azərbaycan da daxil olmaqla qonşu ölkələrə təsir edir. Rusiyada avtoritarizm möhkəmlənəndə, bu, Azərbaycana çox neqativ təsir göstərmişdi.

Rusiyada demokratiya inkişaf edəndə, Boris Yeltsinin hakimiyyəti zamanı - 1992-ci illərdə Xalq Cəbhəsi də Azərbaycanda demokratik yolla hakimiyyətə gələ bilmişdi. İndi Rusiyada baş verənlər demokratiyanın lehinə olduğundan hesab etmək olar ki, bu, Azərbaycanda və digər ölkələrdə başlayan proseslərə təkan verəcək.


Geri qayıt