Əsas Səhifə > Ölkə, Manşet > MASALLIDA İBTİDAİ-İCMA QURULUŞU AB-HAVASI

MASALLIDA İBTİDAİ-İCMA QURULUŞU AB-HAVASI


17-05-2013, 12:42
MASALLIDA İBTİDAİ-İCMA QURULUŞU AB-HAVASI
RAFİL HÜSEYNOV BUNLARI GÖRÜRMÜ?

DİA.AZ: - Masallı rayonunda yaz ayları gələn kimi kənd təsərrüfatı texnikaları sahiblərinin qəbuluna düşmək nazir qəbuluna düşməkdən çətin olur.

Həsənli kənd bələdiyyə ərazisində sovetdən qalma bir neçə traktor var ki, onun da işləmə qabiliyəti çox zəifdir.

Bu günlər yem tədarükünün ən qızgın çağıdır. Nəzərə alsaq ki, kənd sakinlərinin əksəriyyəti heyvandarlıqla məşgul olur, yem ehtiyatı yaradarkən onların qayğıları da artır. Adamlar otu vaxtında biçdirə, preslədə bilmir, günəş altında qalan küləş keyfiyyətini itirir.

MASALLIDA İBTİDAİ-İCMA QURULUŞU AB-HAVASI

Həsənli kəndinin sakini Fətəli Məmmədov deyir ki, birinci çalıma hamıdan əvvəl başlayıb, amma hələ də məhsulu sahədə qalıb: “Presbaglayan söz verib, ancaq neçə gündür ki, gəlib cıxmaq bilmir. Havalar isti keçdiyindən biçilmiş otu gün qurudur, yağış yağıb çürüdə bilər. Qorxuram çəkdiyim bu qədər əziyyət hədər gedər.”

MASALLIDA İBTİDAİ-İCMA QURULUŞU AB-HAVASI

Kəndin başqa bir sakini Kərim Səidov da texnika tapa bilməməyindən şikayətlənir. Onun dediklərinə görə, başqa heç yerdə işləmir, 4 övladı var və qazancı yem bitkiləri yetişdirib satmaqladır: “İl boyu gözümüzü buna dikirik. Məhsul keyfiyyətini itirsə, alıcı olmayacaq, qalacağıq əliboş.”

MASALLIDA İBTİDAİ-İCMA QURULUŞU AB-HAVASI

Digər kənd sakini Şıxəli Quliyev eyni problemlə hər il üzləşdiklərini deyir: “Otu çox vaxt dəryazla çalırıq, buna vaxt, can lazımdır. Bu səfər başqa bir çətinliklə üzləşdik: otu presləyən texnika tapmadığımızdan, şələ bağlayıb onu atla, eşşəklə, avtomobillə evə gətiririk. Çörəyimiz daşdan çıxır.”

Həsənli kəndini bələdiyyə sədri Ələsgər Huseynovla telefon əlaqəsi yaradıb, üzləşdikləri problemi doğuran səbəblərlə maraqlandıq. Demə adamın ürəyi dolu imiş. Bildirdi ki, bələdiyə ərazisində 4 kənd var: Həsənli Təkdan, Köçəhli, bir də Məmmədxanlı: “Bu yaşayış məntəqələrində ümümilikdə 6 minə yaxın adam yaşayır. Əksəriyyəti gözünü əkinə, biçinə dikib, mövsimi işlə məşğul olur. 1200 ha yaxın əkin sahəsi, 200 ha yaxın otlaq sahəsi var. Texnika çatışmadığından əhalinin müəyyən qismi əsasən kənddə əl əməyinə üstünlük verir. Bostan və tərəvəz məhsulları yetişdirənlər çox vaxt alıcı tapa bilmir. “Aqrozlizinq”in sədirinin heç adını da bilmirəm, bu qurumdan kömək görməmişik. Onun fəaliyyətsizliyindən, rayonda texnika qıtlığından icra başçısı Rafil Hüseynov da xəbərdardır. Masallının 106 kəndi, bu qurumun isə cəmi 2 taxıl kombaynı, 2-3 dənə qoşqulu texnikası var. Onlar da bildiyim qədər bərbad vəziyyətdədir.
Masallıda kənd təsərrüfatı diqqətdən kənar bir sahəyə çevrilib.”

Masallı Rayon İcra Hakimiyyətindən də mövqe öyrənməyə cəhd etdik. RİH-in aqrar məsələlər üzrə şöbə müdiri İsa Nuriyev ilə heç cür əlaqə yarada bilmədik. infom.az


MASALLIDA İBTİDAİ-İCMA QURULUŞU AB-HAVASI
Geri qayıt