Əsas Səhifə > Dünya > NAZİR BAŞ NAZİRƏ ŞƏRQİ QOŞDU

NAZİR BAŞ NAZİRƏ ŞƏRQİ QOŞDU


17-05-2013, 10:19
NAZİR BAŞ NAZİRƏ ŞƏRQİ QOŞDU
"BƏRABƏR İSLANDIQ, YAĞAN YAĞMURDA"

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti ilə yağış aaltında keçən görüşü türk siyasətçilərin müzakirə mövzusu olub. ANS PRESS-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, iki lider görüşdən sonra mətbuat nümayəndələrinin qarşısına çıxıblar.

Onlar açıqlamlar verərkən bir anda yağış yağmağa başlayıb. Obama dərhal dəniz piyadalarına "çətir gətirin" xəbərdarlığı edib. Dərhal çətirləri açaraq onların başına tutublar.

Ərdoğanın heyətində yer alan AB naziri və baş müşavir Egemen Bağış o anın rəsmini çəkərək "Twitter"də məşhur mahnının sözləri ilə - ''Bərabər islandıq yağan yağmurda'' qeydi ilə paylaşıb.

Baş nazir Ərdoğan çıxışının yağışın gurlaşması ilə üst üstə düşməsinin səhv anlaşılmaması üçün "Yağışdan qaçmıram. Ağlınıza bir şey gəlməsin, yağış bərəkətdir", deyib.

Geri qayıt