Əsas Səhifə > Ölkə > ORTA MƏKTƏBLƏRDƏ SİNİFLƏRİN SAYI AZALIB
ORTA MƏKTƏBLƏRDƏ SİNİFLƏRİN SAYI AZALIB11-12-2011, 12:37 |
BU HƏM DƏ MÜƏLLİMLƏRİN SAYININ AZALMASINA SƏBƏB OLACAQ Azərbaycanda tam orta təhsil pilləsində şagird sayı normasının dəyişdirilməsi ümumtəhsil məktəblərində sinif komplektlərinin sayının 2000-dən çox azalmasına gətirib çıxarıb. Bu barədə Trend-ə Təhsil Nazirliyindən deyilib. Nazirlikdən bildirilib ki, hazırda Azərbaycanın ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir. Bu məsələ Nazirlər Kabinetinin "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinin təsdiq edilməsi haqqında" bu il yanvarın 13-də verdiyi qərarla tənzimlənir. Qərara əsasən, mövcud qanunvericiliyin tələbləri gözlənilməklə, zəruri hallarda siniflər şagirdlərinin sayı 20 nəfərdən az olmaqla müəyyən edilə bilər. Bu sənəd təsdiq edilməzdən əvvəl isə tam orta təhsil səviyyəsində siniflər 15 nəfər şagirdlə komplektləşdirilirdi. Hazırda Azərbaycanın orta məktəblərində 76 586 sinif komplekti var. Ötən tədris ilində isə bu göstərici 79 356 olub. 2011-2012-ci tədris ilində orta məktəblərdə 1 317 513 şagird (ötən tədris ilində 1 284 442 şagird) təhsil alır, 149 933 müəllim (ötən tədris ilində 159 243 müəllim) dərs deyir. Geri qayıt |