Əsas Səhifə > Hadisə > GƏNCLƏR AKSİYA KEÇİRDİLƏR

GƏNCLƏR AKSİYA KEÇİRDİLƏR


10-12-2011, 16:34
GƏNCLƏR AKSİYA KEÇİRDİLƏR

“KİTAB OXUYAQ” DÖNDÜ OLDU “POLİS İMKAN VERSƏYDİ, KİTAB OXUYARDIQ”

Ölkənin gənclər təşkilatlarının bir qrup təmsilçisi mütaliəyə maraq yaratmaq üçün şənbə günü “kitab oxuyaq” aksiyası keçirib.

Təmsilçilər Bakının mərkəzi Nizami (Torqoavı) küçəsindəki skamyalarda əyləşərək kitab mütaliə ediblər.

Daha sonra aksiya iştirakçıları Mirzə Fətətli Axundov adına Milli Kitabxannın qarşısında toplaşaraq kitabları başları üzərinə qaldıraraq əhalyə kitab oxumaq məsajı veriblər.

Polis gəncləri Nizami küçəsindən Milli Kitabxananın önündə toplaşana kimi müşayət edib, burada polis gənclərin aksiyasına müdaxilə edərək onlardan bir yerə toplaşmamğı tələb edib. Buna cavab olaraq gənclər aksiyaya “kitab oxuyaq” yox, “polis imkan versəydi kitab oxuyardıq” adı veriblər.


Geri qayıt