Əsas Səhifə > Ölkə, Manşet > FARS-MOLLA REJİMİ YENƏ DƏ TARİXİ QURCALAYIR
FARS-MOLLA REJİMİ YENƏ DƏ TARİXİ QURCALAYIR16-05-2013, 12:14 |
NƏ ETSƏNİZ DƏ, AZƏRBAYCAN BİRLƏŞƏCƏK! DİA.AZ: - Fars-molla rejimi Azərbaycana qarşı təbliğatını davam etdirir. DİA.AZ bildirir ki, bir müddət əvvəl köhnə tarixi sülh müqavilələrini təzələyəcəyi haqda ideyaları ortaya atan və hətta bunu rəsmi Tehranın dili ilə də təhdid müstəvisində səsləndirən fars-molla rejimi sonradan yanlışının ona baha başa otura biləcəyini anladı. Çünki əgər Gülüstan və Türkmənçay sülh müqavilələrinə yenidən qayıdılmış olardısa, o zaman Böyük Azərbaycanın qurulması qaçılmaz olacaqdı. İndi isə çəkiclərini yanlış zindana vurduqlarına əmin olan fars millətçiləri tarixi keçmişi arayaraq Azərbaycana daha hansı zərbəni vura biləcəklərini düşünürlər. Belə bir tapıntılarından biri barədə «arannyus» saytında xəbər yayıblar. DİA.AZ olaraq «AranNews»da yer almış həmin məqaləni olduğu kimi diqqətinizə təqdim edirik: «"Azərbaycan İranın ayrılmaz parçası" qəzetinin tam dövrəsi birinci dünya müharibəsinin sonlarında bir il müddətində və 13 sayda "Bilik bağı" nəşriyyatında çap edildi. Qəzet, İran Demokratik Firqəsinin Qafqaz sakinləri tərəfindən nəşr edilirdi. "Bilik bağı" nəşriyyatı özünün həmişəki yəni İranın müasir tarixini əks etdirmək proqramı çərçivəsində Rəhim Rəisniya, Turəc Atabəki və Kave Bəyatın əməkdaşlığı ilə bu qəzetin 13 sayını çap edə bilmişdir. "Azərbaycan İranın ayrılmaz parçası" qəzeti, əsasən də onun "İranın ayrılmaz parçası" hissəsinə xüsusi təkid edilməsi müasir İranın region dəyişikliklərinə diqqətinin yadigarıdır ki, o zaman Qafqaz müsəlmanlarının bir qrupunun Azərbaycan adlı ölkə yaradılması şayiə və söz-söhbətlərinin yayılması ilə Azərbaycanın həqiqi vəziyyətindən xəbərdar, onu İranın əyaləti həddində və ayrılmaz bir parçası bilən iranlılar arasında narahatlığından irəli gəlimişdi. O zaman, yəni Azərbaycan ölkənin yaradılmasından rəsmi elan edilməsindən 4 ay öncə Qafqazın cənub-şərq ərazilərinin müsəlman xanlıqları 1918-ci il mayın axırlarında belə bir ölkə yaradılması şayiələrinin hələ onlara dəqiq məlum olmadığı bir vaxtda bir çox iranlılar Azərbaycan əyalətinin qonşuluğunda belə bir ölkənin təşkil edilməkdə olmasından məlumatları var idi və onunla müqabilə edir, belə bir plana açıq etiraz edirdilər. İran qəzetləri ilə yanaşı bu qəzet də Qafqazda yaşayan və hadisələrdə bilavasitə, yaxud vasitəylə iştirakı olan iranlıların "Azərbaycan İranın ayrılmaz parçası" qəzeti ilə faktiki etirazını əks etdirirdi. Qəzet fars və azəri dillərində çap edilirdi. 1910-1920-ci illər arasında Bakı və onun kəndlərində təqribən 50 min farsdilli və türkdilli iranlı mühacir yaşayırdı və onlar əksərən İranın Azərbaycan və şimal əyalətlərindən gedənlər idi. Pantürkizm və istiqlal mövzusu Qafqazda İran azərbaycanlıları və iranlı mühacirlər arasnda çoxlu gərginliklər yaratmışdı. Bu mövzu 1918-ci il yanvarın 28-də Qafqazda yaşayan iranlıların "Azərbaycan İranın ayrılmaz parçası" qəzetinin çap etmələrinə səbəb oldu. Qəzet, İran Demokratik Firqəsinin (Bakı şöbəsi) və əksərən azəri dilində və bir neçə fars dilli məqalə ilə çap edildi. Birinci səhifənin ortasında nəsx xətti ilə "Azərbaycan" sözündəki "nun" (ن) hərfinin daxilində "ayrılmaz parçası" sözü yerləşdirilmişdi. Bu da Qafqaz iranlıları və İranın digər ərazilərinin xalqılarının vəhdət və həmrəyliyinə təkid edirdi». Geri qayıt |