Əsas Səhifə > Ölkə, Manşet > BİR İLİ TAMAM OLAN BAŞÇI BİNƏQƏDİDƏ MİLYON QIRIR
BİR İLİ TAMAM OLAN BAŞÇI BİNƏQƏDİDƏ MİLYON QIRIR16-05-2013, 11:54 |
İSGƏNDƏROV PUL QAZANMAĞIN YOLLARINI BİLİR DİA.AZ: - Artıq bir neçə ildir ki, Binəqədi rayonunda davamlı olaraq gərəksiz məqsədlərə milyon manatlarla dövlət pulu xərclənir. Təbii ki, bu pulların böyük bir hissəsi də “otkat” şəklində məmurların cibinə axır. İctimaiyyətin gözünə kül üfürmək üçün isə rayonun ən gözəgəlimli yerlərində yerləşən hündürmərtəbəli binalar buna heç bir zərurət olmadan üzlənilir, uzaq ünvanların illərdən bəri yığılıb qalmış problemləri isə heç kimi maraqlandırmır. Bu barədə DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Xaləddin İsgəndərov icra başçısı təyin olunandan sonra isə rayonun problemləri daha da artıb. Rayonun, xüsusilə də Rəsulzadə qəsəbə sakinlərinin əsil baş ağrısına çevrilmiş ƏSASSIZ quruculuq işlərindən biri də bu gün qəsəbənin girəcəyində yerləşən Heydər Əliyev adına parkda həyuata keçirildi. Qeyd edək ki, bu park 2001-ci ildə salınıb. Hazırda Samuxun icra başçısı olan Alı Qocayev bu rayonun başçısı olan zaman parkı bir dəfə əsaslı təmir etdirib. 2010-cu ilin dekabrında yenidənqurma işlərinə başlanılıb və 2011-ci ilin sonlarında park rayon sakinlərinin ixtiyarına verilib. Lakin tezliklə park yenidən təmirə dayandırıldı. Sonuncu dəfə istifadəyə veriləndə parkın giriş qapısı 10 sütunlu, hündür və möhtəşəm tağdan ibarət idi. Ötən ilin aprel ayında Binəqədiyə icra başçısı təyin edilən Xaləddin İsgəndərov isə parkda əsaslı təmir və yenidənqurma işləri, demək olar, tamamlanandan sonra işin nəticələrindən razı qalmayaraq, parkı başdan-başa “şumlamaq” göstərişini verdi. Hətta 10 sütunluq giriş qapısına da “əlvida” deyilib. Beləliklə, son iki ildə park üç dəfə təmir edilib ki, bunun üçün də 4 milyon manatdan artıq vəsait xərclənib. Daha sonra mənbə DİA.AZ-a göndərdiyi məktubunda yazır: “Hələ bir neçə il bundan əvvəl şəhərimizin ən yaşıl ərazilərindən biri kimi tanınan Rəsulzadə qəsəbəsi, bu gün orada ağalıq edən məmurların özləri kimi çirkli boz rəngə bürünmüşdür. Istər qəsəbədə, istər kənd Binəqədidə, istərsə də “mədənlər” yaşayış massivində saysız problemlərin öz həllini illərlə gözlədiyi bir vaxtda, RİH rəhbərliyi rayonun əsas mərkəzi küçəsi olan Azadlıq prospektində yerləşən binaların kosmetik təmirinə heç bir zərurət olmadan külli miqdarda büdcə vəsaitlərini xərcləyir. Elə həmin Azadlıq prospektinin davamı olan Binəqədi şossesinin ətrafı isə rayonun ən bərbad ərazilərindən biri kimi tanınır. Bu ərazidə, “Zəngəzur” restoranı yaxınlığında yerləşən yaşayış massivində 2000-dən çox ailə yaşayır. Bu ailələrin son vaxtlar yaşamalı olduqları problem isə camaatın özlərinə bir-iki otaqlı mənzil tikəndən bir müddət sonra, evlərinin buldozein ağzına verilərək sökülməsindən ibarətdir. Məsələ bundadır ki, buradakı evlərin heç birinin “kupça”sı yoxdur. Ancaq icra nümayəndəliyindən, bələdiyyənin icazə kağızı, layihə sənədləri qaydasındadır. Dəfələrlə mənzil sahibləri qeydiyyata düşmək üçün aidiyyatı olan qurumlara müraciət etsələr də, heç bir faydası olmayıb. Yaşayış massivində su, işıq, qaz xətləri də var. Xaləddin İsgəndərov isə Binəqədiyə icra başçısı təyin olunanda bura gələrək sakinlərlə görüşmüş, sakinlərin qarşısında çıxış edərək söz vermişdi ki, “Eurovision” musiqi yarışmasından sonra bura kanalizasiya xətləri də çəkiləcək. Lakin musiqi yarışması bitəndən sonra evələrə sözün əsil mənasında hücum edib onları sökdülər”. Məlumatlara görə sözügedən ərazilərdə torpağın hər 100 kv.m-nin (1sot) qiyməti 5-15 min manat arasında dəyişir. Ev tikmək üçün isə icra nümayəndəliyinə 500, sahə müvəkkilinə 200-300 manat ödəmək lazım gəlirdi. Alı Qocayevin vaxtında ev tikmək üçün icazəni 1000-2000 manata almaq mümkün idisə, indi bu rəqəm hər bir mərtəbə üçün 5000 manata qaldırılıb... Geri qayıt |