Əsas Səhifə > Sosial, Manşet > PETERBURQDAKI HƏBSLƏ BAĞLI PUTİNƏ MÜRACİƏT

PETERBURQDAKI HƏBSLƏ BAĞLI PUTİNƏ MÜRACİƏT


16-05-2013, 11:17
PETERBURQDAKI HƏBSLƏ BAĞLI PUTİNƏ MÜRACİƏT
SÖYÜN SADIXOV İLYA ƏLİYEVİN AZADLIĞA BURAXILMASINA ÇALIŞIR

DİA.AZ: - Sankt-Peterburqda həyata keçirilən həbs sözügedən şəhərdəki soydaşlarımız arasında da böyük rezonans yaradıb. Bu barədə DİA.AZ-a Rusiyadakı mənbələr xəbər verib. Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın hüquq-mühafizə orqanları Sankt-Peterburqda səs-küylü həbs həyata keçiriblər və nəticədə bir neçə nəfər, həmçinin bu şəhərdə Azərbaycan Diasporasının fəallarından olan, «qarpı bazarının» sahibi kimi ad çıxarmış İlya (İlham) Əliyev də həbs olundu. Bildirək ki, onun millət vəkili Adil Əliyevin əsas ortağı olması faktı da mövcuddur.

DİA.AZ-a danışan məlumatlı mənbə bildirir ki, artıq bir sıra şəxslər İlya Əliyevin həbsdən azadlığa buraxılması üçün hərəkətə keçiblər. Maraqlıdır ki, onların arasında Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (RAFMMM) fəxri prezidenti, Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) yaradıcılarından biri, Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıxov da var.

Məlumatlı mənbə iddia edir ki, hətta İlya Əliyevin azadlığa çıxması üçün Söyün Sadıxov Rusiya prezidenti Vladimir Putinin köməkçisindən də xahişdə bulunb. Qeyd edək ki, əlimizə çatan bu xəbərin dəqiqləşdirilməsi üçün Söyün Sadıxovla əlaqə saxlamağa çalışırıq. Və yaxın vaxtlarda ondan geniş müsahibəni diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin…

Onu da bildirək ki, İlya Əliyev Sankt-Peterburqda əsasən azərbaycanlı iş adamlarının obyektlərinə əl qoyması ilə ad çıxarıb. Və bu işdə rus polisi ilə əlbir hərəkət edən İlya Əliyev onlarla soydaşımıza qan uddurması ilə də tanınır. Və son hadisələr zamanı da azərbaycanlı iş adamlarından birinə məxsus «Usadba» restoranını ələ keçirmək istəyən İlya Əliyev bu zaman restoranın mühafizəsini təşkil edən Leonid Kolesnikova qarşı da sui-qəsd cəhdində bulunur ki, bu fakt da İlya Əliyevin qələminin qırılmasına nədən olub.

Geri qayıt