Əsas Səhifə > Hadisə > XAÇMAZDA DƏHŞƏTLİ YOL QƏZASI BAŞ VERİB

XAÇMAZDA DƏHŞƏTLİ YOL QƏZASI BAŞ VERİB


16-05-2013, 10:01
XAÇMAZDA DƏHŞƏTLİ YOL QƏZASI BAŞ VERİB
4 NƏFƏR ÖLÜB, 2 NƏFƏR YARALANIB

Gecə saatlarında Xaçmaz Rayonuda dəhşətli yol qəzası baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Gəndob-Yalama yolunun Çarxı kəndi ərazisindən keçən hissəsində “VAZ” markalı minik avtomobili ilə “QazEL” markalı yük avtomobilinin toqquşması nəticəsində 4 nəfər ölüb, 2 nəfər ağır yaralanıb. Qəza nəticəsində “VAZ”ın sürücüsü, 30 yaşlı Vahidov Natiq Ağaoğlan oğlu və sərnişinləri Quba şəhər sakinləri 48 yaşlı Vahabov Hikmət Fikrət oğlu, 22 yaşlı Vahabov Qismət İsmət oğlu, hələlik şəxsiyyəti tam müəyyənləşməyən Xəzər adlı şəxs hadisə yerində dünyasını dəyişib. “QazEL”də olan şəxslər 20 yaşlı Əhmədli Müseyib Fəxrəddin oğlu və 27 yaşlı Abbasov Amid Fərhad oğlu ağır xəsarətlər alaraq Xaçmaz MRX-nın travmatologiya şöbəsinə yerləşdirilib.

Onların vəziyyətinin ağır olduğu bildirilir. Meyitləri əzilən avtomobildən çıxarmaq mümkün olmadığından hadisə yerinə FHN-nin xilasedici qrupu cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Geri qayıt