Əsas Səhifə > Cəmiyyət, Manşet > KEÇMİŞ NAZİR SAMİR ŞƏRİFOVA QARŞI

KEÇMİŞ NAZİR SAMİR ŞƏRİFOVA QARŞI


10-12-2011, 15:14
KEÇMİŞ NAZİR SAMİR ŞƏRİFOVA QARŞI

İRŞAD ƏLİYEV MALİYYƏ ŞÖBƏSİNƏ “YAĞLI” KADR TAPSA DA, ONU RƏSMİLƏŞDİRƏ BİLMİR

DİA.AZ: - Mətbuatda Beyləqan Rayon Maliyyə Şöbəsinin müdiri Məhəmmədəli Kərimovun yaşının çox olması səbəbi ilə tutduğu vəzifədən azad edildiyi və boşalmış bu vəzifəni tutmaq uğrunda 16 nəfər insanın bütün vasitələrlə mübarizəyə qoşulduqları haqda yazı dərc olunmuşdu. Beyləqan RİH – in başçısı cənab İrşad Əliyevin isə yaranmış əlverişli fürsətdən faydalanaraq vəzifədən getməyə hazırlaşdığı ərəfədə həmin vəzifəni pullu kadrlardan birinə satıb, qazanc əldə etmək eşqinə düşdüyü barədə geniş yazılmışdı. Qeyd edək ki, həmin yazıda toxunulan faktlar ictimailəşib özünü tam təsdiqlənməkdədir.

Artıq həmin yazının işıq üzü görməsindən iki aya yaxın vaxt keçməsinə baxmayaraq, kadrlardan heç kim istəyinə nail ola bilməyib və nəticədə Beyləqan Rayon Maliyyə Şöbəsinin müdiri vəzifəsinə hələ də heç kim təyinat ala bilməyib. Bunun səbəbini isə rayon ictimaiyyəti arasında müxtəlif məzmunlu mülahizələrlə izah edirlər. Bu mülahizələr içərisində ən ağılabatanı isə hakimiyyətdə olan klanların hər birinin öz nümayəndəsini həmin vəzifəyə təyin etmək üçün ciddi mübarizəyə girişməsidir. Maraqlıdır ki, həmin vəzifəyə təyinat qazanmaq üçün nə az, nə çox, düz 200 (!) min manatın başından keçmək tələb olunduğu barədə məzənnə də dövriyyəyə buraxılıb!

Aldğımız digər maraqlı məlumatlardan birində isə hakimiyyətdəki klanlardan heç birinin hələ də maliyyə naziri cənab Samir Şərifova təsir göstərib öz nümayəndəsini Beyləqan Rayon Maliyyə Şöbəsinin müdiri vəzifəsinə təyin etdirə bilməməsidir. Deyilənə görə, buna baxmayaraq Beyləqan RİH – in başçısı İrşad Əliyev hələ də öz şakərindən əl çəkməyib və həmin vəzifəyə təyin olunacaq kadrdan mütləq qazanc əldə etməkdə israrlıdır. Hətta onun öz məqsədini reallaşdırmaq üçün kadr barədə bir neçə dəfə telefonla maliyyə nazirinə öz tövsiyəsini verməyi də yaddan çıxarmadığı deyilir.

Əldə etdiyimiz son məlumatda isə bildirilir ki, Beyləqan Rayon Maliyyə Şöbəsinin müdiri vəzifəsini tutmaq uğrunda ilk olaraq mübarizəyə başlayan 16 nəfərdən indi 13 – ü artıq öz arzusundan geri çəkilib. Yalnız 3 nəfərin: - ƏƏSM nazirliyinin Beyləqan RŞ – nin müdiri Oqtay Hacıyevin və daha adlarını çəkmək istəmədiyimiz iki nəfərin bu vəzifəni tutmaq şansı qaldığı barədə fikirlər dolaşmaqdadır.

Məlumatı bizə çatdıran, adının çəkilməsini istəməyən nazirlik işçisinin bildirdiyinə görə, Maliyyə Nazirliyi Beyləqan Rayon Şöbəsinin müdiri vəzifəsinə ixtisasca həmin vəzifəni tutmağa daha uyğun olan iki maliyyəçi namizədə üstünlük verərək, onlardan birinin üzərində durmağı məqsədəuyğun saysa da, öz maddi marağını üstün tutan Beyləqan RİH – in başçısı İrşad Əliyev isə var gücü ilə bu təklifin əleyhinə gedərək, bütün vasitələrlə ƏƏSM nazirliyi Beyləqan RŞ – nin müdiri, ixtisasca maliyyəçi deyil, ( çünki onun İqtisad Universitetindən son zamanlar dolayı yolla əldə etdiyi diplom şübhəlidir ) mühəndis olan Oqtay Hacıyevin Beyləqan Rayon Maliyyə Şöbəsinin müdiri vəzifəsinə təyin etdirmək üzərində israr edir.

Beyləqandan əldə etdiyimiz başqa bir informasiyada isə deyilir ki, İrşad Əliyev Beyləqana icra başçısı təyin olunduğu ilk gündən kadr təyinatı edərkən, daim rayonun bütün rəhbərliyini əlinə keçirmiş “ mafiya”nın təsiri ilə qərar qəbul edir. O bu dəfə də öz ənənəsinə sadiq qalaraq həmin “mafiya”nın təsiri ilə Maliyyə Şöbəsinə Hacıyev Oqtayı müdir təyin etdirməklə ( bu adamın hazırkı vəzifəsinə təyin olunmasının heç ili hələ tamam olmayıb! ) qazanc əldə etmək arzusunu asanlıqla reallaşdıracağına əmindir!

Qeyd edək ki, bu təyinatın arxasında respublikanın iki bankının rəhbərliyinin dayandığını da ( Parabank və Respublika bankı, hər iki bankın rəhbərliyi əslən Füzuli rayonunun Kürdmahmudlu kəndindən olan Quliyevlər tayfasındandırlar ) heç zaman unutmaq olmaz.

Geri qayıt