Əsas Səhifə > Ölkə, Manşet > GÜLƏR ƏHMƏDOVA HANSI HALDA AZADLIĞA ÇIXIR?
GÜLƏR ƏHMƏDOVA HANSI HALDA AZADLIĞA ÇIXIR?15-05-2013, 12:42 |
BUNUN HAZIRDA İMKANSIZ OLDUĞU DEYİLİR DİA.AZ: - Xeyli müddətdir ki, keçmiş YAP-çı deputat, adı «mandat bazarlığında» hallandırılan Gülər Əhmədovanın azadlığa çıxacağı ilə bağlı müxtəlif xəbərlər yayılmaqdadır. Bəzi mətbu orqanlar keçmiş deputatın xəstəlik səbəbindən çıxarılacağını iddia etsə də, bəzi KİV-lərdə Gülər Əhmədova bəraət veriləcəyi də xəbər verilməkdədir. Bütün bunlarla bağlı DİA.AZ-a danışan hökumət içindəki bilgili qaynaq isə iddia edir ki, Gülər Əhmədovanın azadlığa buraxılması indiki vəziyyətdə imkansızdır: «Amma mümkün də ola bilər. Çünki bu gün Prezident Administrasiyasındakı qüvvələr Gülər Əhmədovanı azadlığa çıxarmağa çalışırlar. Hətta bunun üçün prezidenti belə inandırma cəhdləri edilib. Amma indiki şəraitdə belə bir qərarın verilməsi gözlənilən deyil. Əks halda, Gülər Əhmədovanı azadlığa daşıyan yollar antimehdiyevçi cinahın məğlubiyyətini rəsmiləşdirmiş olacaq». Məhz bu səbəbdən Gülər Əhmədovanın azadlığa buraxılmasının həm də simvolik anlam daşıdığını bildirən mənbəmiz əlavə etdi ki, prezident seçkilərinə qədər belə bir addım atılmayacaq: «Ola bilsin ki, seçkilərdən sonra situasiya dəyişsin. Amma bu da gözlənilən deyil. Çünki keçmiş deputata qarşı söylənən ittihamlar bir yana qalsın, burada güclərin savaşı prioritet olduğundan, az öncə qeyd etdyimiz kimi, simvolik mahiyyət xüsusi önəm kəsb edir». Geri qayıt |