Əsas Səhifə > Sosial, Manşet > SÖYÜN SADIXOV BAKIYA GƏLMƏSİ ÜÇÜN QƏRAR VERDİ

SÖYÜN SADIXOV BAKIYA GƏLMƏSİ ÜÇÜN QƏRAR VERDİ


15-05-2013, 11:32
SÖYÜN SADIXOV BAKIYA GƏLMƏSİ ÜÇÜN QƏRAR VERDİ
PUTİNİN NÜMAYƏNDƏSİNİN BU QƏRARI ƏSLİNDƏ TƏXRİBAT XARAKTERLİDİR

DİA.AZ: - Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (RAFMMM) fəxri prezidenti, Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) yaradıcılarından biri, Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıxov Azərbaycana gəlməyə hazırlaşır. Bu ilginc xəbəri redaksiyamıza Rusiyadakı mənbələrimiz ötürüb.

Bildirək ki, Söyün Sadıxov son aylardakı fəaliyyəti ilə rəsmi Bakını yetərincə qıcıqlandıra bilib. Eyni zamanda bu adamın antiAzərbaycan ruhlu açıqlamaları da Söyün Sadıxova Azərbaycanda kifayət qədər antipatiya qazandırdığından belə bir adamın bu gün Bakıya təşrif buyurması əslində daha çox təxribat xarakteri daşımaqdadır.

Bununla bağlı danışan mənbəmiz də bu məqama xüsusi diqqət ayırdı: «Əslində Söyün Sadıxov Bakıda necə qarşılanacağını bilir. Və ona bus əs-küy lazımdır. Çünki o da yaxşı bilir ki, hətta Rusiyanın çətiri altında, Putinin nümayəndəsi kimi gəlsə belə, onu hava limanındanca geri qaytaracaqlar. Bununla da Söyün Sadıxov istəyinə nail olacaq».

Mənbəmiz bu arada maraqlı bir faktı da açıqladı ki, artıq Söyün Sadıqovun Bakıya gəlməsi üçün onun Azərbaycandakı adamları da fəallaşıblar: ««Adamları» dedikdə qəpik-quruşa görə dövlətinin maraqlarını satan hər zaman asan tapılıb. Həmin adamlar da guya ki, tədarük görürlər».

Geri qayıt