Əsas Səhifə > Şou-biznes > ONUN BÖYÜK ÜRƏYİ...

ONUN BÖYÜK ÜRƏYİ...


15-05-2013, 09:32
ONUN BÖYÜK ÜRƏYİ...
MÜĞƏNNİMİZ İMKANSIZ AİLƏYƏ MAAŞ KƏSDİ

ANS telekanalında yayımlanan “İkinci Həyat” verilişinin bugünkü çəkilişində yenə də kövrək anlar yaşandı. Verilişə müraciət etmiş Fazilə adlı xanım öz həyat dramından danışmağa başladı. O, 1993-cü ildən bəri tənha yaşadığını, iki uşağını acınacaqlı vəziyyətdə böyütdüyünü, bu səbəbdən mədə xəstəliyinə və bir çox xroniki xəstəliklərə düçar olduğunu, hətta 19 yaşlı böyük oğlunun hədsiz çəki azlığından əziyyət çəkdiyi üçün hərbi xidmətdən azad olduğunu, maddi problemlər fonunda evinin də qəzalı vəziyyətdə olduğunu danışarkən zalda bir çox insanlar göz yaşlarını saxlaya bilmədilər. Verilişə qonaq qismində qatılan Vasif Məhərrəmli də hisslərinə hakim olmaqda çətinlik çəkdi. Belə ki, onun için-için ağladığı kameraların obyektivindən yayınmadı. V.Məhərrəmli qəhərini boğmaq üçün su istədi və hisslərini nisbətən cilovladıqdan sonra gözlənilmədən auditoriyaya səsləndi. “Mən kasıb ailədə böyüməmişəm, amma 90-cı illərin əvvəllərində kasıbçılığın nə olduğunu görmüşəm. Bilirəm ki, onların xoş sözlərdən, təsəllidən çox konkret yardıma ehtiyacı var. Ona görə də musiqi cəbhəsinin əsgəri kimi söz verirəm ki, bu gündən etibarən onlara öz büdcəmdən aylıq əməkhaqqı ödəyəcəyəm”. Təklifi tamaşaçılar tərəfindən alqışla qarşılanan müğənni daha sonra əlavə etdi: “Verilişin çəkilişindən sonra onları yeməkxanaya aparacağam. Süfrə arxasında bir daha dərdlərini dinləyəcəyəm”. Vasif Məhərrəmli ayıracağı məbləğin miqdarını deməsə də, bunun ən azı minimal əməkhaqqı həcmində ola biləcəyinə işarə etdi və təsəlli olaraq ümumən yoxsul insanlar barədə xoş sözlər söylədi: “Kasıba canım qurban. Mən kasıblarla birlikdə olmağı özümə şərəf bilirəm”.
Geri qayıt