Əsas Səhifə > Ölkə > SİSTEMSİZ İŞİN NƏTİCƏSİ
SİSTEMSİZ İŞİN NƏTİCƏSİ10-12-2011, 14:02 |
BULVARA DÖŞƏNƏN BAHALI DAŞLAR MƏHV EDİLİB Dənizkənarı Milli parkın “Azeft” meydanına yaxın ərazisində yerləşən və Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan ərazidə ağır yük maşınlarının hərəkəti səbəbindən yenicə döşənmiş daşlarda çatlar əmələ gəldiyindən onlar yeniləri ilə əvəz olunub. Bunu “musavat.com”a açıqlamasında dənizkənarı bulvar idarəsinin rəis müavini Nazim Məcidov deyib. Onun sözlərinə daşların bir hissəsi sıradan çıxdığından məhdud bir ərazidə- Qız qalasından “Azneft” dairəsinə kimi olan hissədə daşlar yeniləri ilə əvəz olunub: “Bulvarda aparlan bütün işlər şəhərimizin daha da gözəlləşməsinə xidmət edir. Hazırda aparılan işlər yeni ilə kimi başa çatacaq. Çünki insanlarımızın bayram qabağı rahat istirahəti təmin edilməlidir. Həmçinin Dənizkənarı Bulvar İdarəsi olaraq biz ölkəmizdə keçiriləcək olan “Eurovision” musiqi yarışmasına çox ciddi hazırlaşırıq. Qeyd edim ki, bu məqsədlə bulvar ərazisi “Bayraq” meydanına kimi iki kilometriyində genişləndirilir”. N.Məcidov deyir ki, Bulvar İdaərsi həmişə olduğu kimi bu ildə yeni il ilə bağlı paytaxt sakinlərinə sürprizlər edəcək: “Bulvarın səkkiz yerində böyük şam ağacları quraşdırılacaq. Yeni ilin atributlarından olan şaxta baba, qar qız və Azərbaycan nağıllarının milli qəhrəmanları Bulvarı ziyarət edən hər kəsi əyləndirəcək”. N.Məcidov deyir ki, Bulvarda həmçinin geniş buz meydançası quraşdırılır. Bu da xizək həvəskarlarının maksimum əylənməsinə xidmət edəcək. Geri qayıt |