Əsas Səhifə > Gündəm, Manşet > SƏHİYYƏ SİSTEMİNDƏ KADR İSLAHATI

SƏHİYYƏ SİSTEMİNDƏ KADR İSLAHATI


10-12-2011, 13:02
SƏHİYYƏ SİSTEMİNDƏ KADR İSLAHATI

LEYLA SEYİDBƏYLİ NAZİR MÜAVİNİ TƏYİN EDİLİR

DİA.AZ: - Hələ bir müddət əvvəldən məlumat verərək bildirmişdik ki, Oqtay Şirəliyevin rəhbərlik etdiyi səhiyyəs sistemində kadr islahatları nəzərdə tutulub. Belə ki, hazırda həbsdə saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanovdan qalma yeganə nazir müavini olan Elsevər Ağayevin «vurulacağı» söylənilirdi.

Bu gün isə SN-dəki məlumatlı qaynaqlardan əlavə bilgilər almışıq. Mötəbər mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) bildirdiklərindən belə aydın olur ki, artıq Oqtay Şirəliyev Elsevər Ağayevin uzaqlaşdırılması ilə bağlı tədarüklərini bitirib: «Dəyişiklik yaxın günlərdə baş verə bilər. Və hətta ola bilsin ki, Elsevər Ağayev gələn ili nazir müavini olaraq qarşılamasın».

Xatırladaq ki, Elsevər Ağayev bir zamanlar Əli İnsanovun kassiri kimi tanınıb. Səhiyyə müəssisələrinin qanunsuz olaraq özəlləşdirilməsi nəticəsində əldə edilən milyonlarla vəsait məhz Elsevər ağayevin araçılığı ilə keçmiş nazirə ötürülüb.

Bu barədə bildirilir ki, hətta Əli İnsanovun məhkəməsi zamanı bu faktların üstünə əlinib: «Lakin Elsevər Ağayevi qoruyan hakimiyyətiçi kürd qruplaşması son anda nazir müavinini həm həbsdən qorudular və həm də vəzifəsini qorumasına şərait yaratdılar».

Və o da məlumdur ki, Oqtay Şirəliyev nazir təyin edildikdən sonra Əli İsanovun bütün kadrları ilə vidalaşsa da, Elsevər Ağayevi zərərsizləşdirməyə müvəffəq olmadı ki, bu da onun himayədarlarının qüdrəti ilə birbaşa olaraq əlaqədar idi. İndi isə mənbələr artıq Elsevər Ağayevin görəvdən alınma vaxtının yetişdiyini bildirir.

Onu da xatırladaq ki, Elsevər Ağayevin yerinə hal-hazırda Bakı Baş Səhiyyə İdarəsinə rəhbərlik edən Leyla Seyidbəylinin gətirilməsi planlaşdırılır. Kifayət qədər nüfuzlu səhiyyə işçisi olan Leyla Seyidbəyliyə mətbuatda da sıcaq münasibətin olması sirr deyil.


Geri qayıt