Əsas Səhifə > Partiya > YAP-ÇILAR FƏXRİ XİYABANDA

YAP-ÇILAR FƏXRİ XİYABANDA


10-12-2011, 12:52
YAP-ÇILAR FƏXRİ XİYABANDA

HEYDƏR ƏLİYEVİN VƏFATININ İLDÖNÜMÜ ANILIB

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.

Ziyarətçilər arasında YAP sədrinin müavini - icra katibi Əli Əhmədov, Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov və digər rəsmi şəxslər olub. Mərhum prezidentin məzarı üstünə əklil və gül çiçəklər düzülüb.

Daha sonra Şəhriyar adına Mədəniyyət Sarayında Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş tədbir öz işinə başlayıb.


Geri qayıt