Əsas Səhifə > Ölkə, Manşet > VAQİF MƏMİŞOVUN QUDASININ İLGİNC HƏBSİ - VİDEO

VAQİF MƏMİŞOVUN QUDASININ İLGİNC HƏBSİ - VİDEO


14-05-2013, 11:56
VAQİF MƏMİŞOVUN QUDASININ İLGİNC HƏBSİ - VİDEO
«AZERROS»UN SANKT-PETERBURQDAKI NÜMAYƏNDƏSİ HƏBSDƏ

DİA.AZ: - Az əvvəl məlumat verərək bildirmişdik ki, Rusiyanın Sankt-Peterburq şəhərində tanınmış azərbaycanlılardan biri həbs olunub. Həmin şəxsin kimliyi ilə bağlı redaksiyamıza yeni faktlar daxil olub.

DİA.AZ-a Rusiyadakı qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, bu şəxs «Pətənə» ləqəbli İlya Əliyevdir. Onun kimliyi də maraqlıdır. Belə ki, Sankt-Peterburqda «Azərros»un nümayəndəsi kimi tanınan və bu günlərdə Söyün Sadıxova qarşı gedərək, onu xəyanətdə ittiham edən Vaqif Məmişovun qudası olan İlya Əliyev də Rusiyada azərbaycanlılar arasında mənfi bir fiqur kimi tanınır.

Mənbəmiz bildirir ki, daha çox azərbaycanlılara qarşı addımları ilə tanınan İlya Əliyev Rusiyanın hüquq-mühafizə orqanlarının hədəfinə də təsadüfən çevrilməyib. Belə ki, «Pətənə»nin adamları bu günlərdə Azərbaycandan olan digər bir iş adamının restoranına hücum təşkil etdirib və bu zaman Sankt-Peterburqun məşhur mühafizə xidmətlərindən birinin əməkdaşları və həmçinin rəhbərliyi ilə İlya Əliyevin adamları arasında atışma düşüb ki, bu da Rusiya polisi tərəfindən araşdırılıb.

Araşdırma nəticəsində Söyün Sadıxovun Sankt-Peterburqdakı nümayəndəsinin bütün bu işlərin arxasında dayandığı müəyyən olunub və nəticədə Rusiyanın hüquq-mühafizə orqanları İlya Əliyevin həbsinə qərar veriblər.

Onu da bildirək ki, Rusiyadan bu hadisə ilə əlaqədar redaksiyamıza maraqlı məlumatlar davamlı olaraq daxil olmaqdadır. Bizi izləyin ki, doğruları biləsiniz…



Geri qayıt