Əsas Səhifə > Dünya > MEYİTLƏRİ TƏHQİR ETDİYİNİ GÖRƏ...

MEYİTLƏRİ TƏHQİR ETDİYİNİ GÖRƏ...


14-05-2013, 09:42
MEYİTLƏRİ TƏHQİR ETDİYİNİ GÖRƏ...
PENTAQON ÖZ ZABİTİNİ CƏZALANDIRIR

Əfqanıstanda döyüşçülər üzərində təhqirlərdə ifşa edilmiş,hərbi qulluqçuların bilavasitə komandiri ABŞ dəniz piyadaları korpusunun zabiti kapitan Ceyms Klement tribunala veriləcək. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.
Klement hərbi borcunun pozulmasında, zabit rütbəsinə layiq olmayan davranışında və öz vəzifələrini lazımı qaydada düzgün icra etməməkdə ittiham edilir. Bu iş üzrə ilkin məhkəmə dinləməsi apreldə ABŞ-ın Kemp-Lejen bazasında olub.
2011-ci ilin iyulunda Qilmənd əyalətində beş Amerika hərbi qulluqçusu taliblərin meyitlərini təhqir ediblər. Onların öldürülmüş döyüşçülərin üstünə işədiyini təsvir edən videoyazıları keçən ilin yanvarında İnternetə düşüb və ümumi hiddət doğurub. ABŞ hakimiyyəti dəniz piyadalarının belə davranışlarını qətiyyətlə pisləyib.
Hərbi tribunal qalmaqalda əlı olmuş iki hərbi qulluqçunu günahkar hesab edib. Digər üç hərbçi inzibati cəzalarla canlarını qurtarıblar.

Geri qayıt