Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AĞSUNUN İCRA BAŞÇISI REKORD QIRDI

AĞSUNUN İCRA BAŞÇISI REKORD QIRDI


14-05-2013, 08:23
AĞSUNUN İCRA BAŞÇISI REKORD QIRDI
ŞİKAYƏTLƏRİN SAYINA GÖRƏ...

Hər il olduğu kimi, bu il də rayonlardan gələn şikayətlərin sayının müəyyənləşdirilməsi istiqamətində Prezident Admnistrasiyasında araşdırma aparılıb. Bu barədə Redaksiyamıza hökumətdəki mənbələrdən məlumat daxil olub.
Məlumatda deyilir ki, bir neçə rayonun icra başçısının adı artıq admnistrasiyasının «qara siyahı»sına düşüb. Belə ki, onlardan biri də Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevdir.
Məlumatda vurğulanır ki, bu ilin ilk 3 ayı müddətində Seyidəliyevdən edilən şikayətlərin sayı rekord qırıb. Hətta şikayətlər o qədər çox olub ki, icra başçısı bu məsələdə birincilik uğrunda mübarizə aparan əsas fiqurlardan hesab edilir. Mənbə deyir ki, bu vəziyyəti görən admnistrasiya rəsmiləri narahatlıq keçirməyə başlayıblar. Çünki seçkilər ərəfəsində rayonda əlavə problem istəməyən hakimiyyət dairələri Ağsunun icra başçısının əsaslı problemlər yaradacağını açıq-aşkar görməyə başlayıblar.
Mənbə iddia edir ki, rayonda dözülməz vəziyyət yaratması və əhalinin narazılığına əhəmiyyət verməməsi səbəbindən Ənvər Seyidəliyevin yaxın günlərdə işdən çıxarılacağı gözlənilir.
\ tia.az \
Geri qayıt