Əsas Səhifə > Partiya > SENTYABRIN 26-DA HÖKM OXUNACAQ

SENTYABRIN 26-DA HÖKM OXUNACAQ


23-09-2011, 16:51
SENTYABRIN 26-DA HÖKM OXUNACAQ

DAHA BİR MƏHKƏMƏ ŞOUSU BAŞA ÇATIR

Səbail Rayon Məhkəməsində İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi razılaşdırılmamış aksiya ilə bağlı saxlanılan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin şöbə müdiri Məhəmməd Məcidlinin cinayət işi əsasında günün ikinci yarısında keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul olunub.

Bu barədə APA-ya vəkil Nemət Kərimli məlumat verib. Proses sentyabrın 26-da davam etdiriləcək.

Qeyd edək ki, günün birinci yarısında keçirilən proses zamanı Müsavat Partiyasının sədri İsa Qəmbər və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli məhkəmədə şahid qismində ifadə veriblər.

Xatırladaq ki, aprelin 4-də Səbayel rayon Məhkəməsi Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlinin barəsində həbs-qətimkan tədbiri seçib. Məhkəmənin qərarı ilə Fuad Qəhrəmanlıya 315-ci maddə ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) elan olunan ittiham onun üzərindən götürülüb.

Məhkəmə onun barəsində başqa yerə getməmək haqqında qərar çıxarıb.


Geri qayıt