Əsas Səhifə > Dünya > ŞİMALİ KOREYANI QICIQLANDIRAN DAHA BİR ADDIM

ŞİMALİ KOREYANI QICIQLANDIRAN DAHA BİR ADDIM


13-05-2013, 10:32
ŞİMALİ KOREYANI QICIQLANDIRAN DAHA BİR ADDIM
Rəsmi Vaşinqton və Seul Cənubi Koreya sahillərində bu gün birgə dəniz təlimlərinə başlayıb. Təlimlərdə Amerikanın USS Nimitz aviadaşıyıcısının daxil olduğu zərbə qüvvəsi iştirak edir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) saytında yerləşdirilmiş məlumata görə, 97 min ton ağırlığı olan və dünyanın ən böyük gəmilərindən hesab edilən Nimitz ötən şənbə Cənubi Koreyanın cənub-şərqindəki Pusan şəhərinin limanına yanaşıb. Bazar ertəsi səhər gəmi təlimlərdə iştirak etmək üçün limandan çıxıb.

ABŞ HDQ-nin saytından Nimitzin zərbə qüvvəsinə, həmçinin USS Momsen raket esminesləri (eskadra mina gəmisi), USS Preble və USS Princeton raket kreyserinin daxil olduğu bildirilib. Təlimlər iki gün davam edəcək.

Ötən çərşənbə axşamı Şimali Koreya ABŞ və Cənubi Koreyanın birgə hərbi-dəniz təlimləri barədə yenidən etirazını bildirib. Ölkənin Cənub-qərb frontunun komandanı Milli ordudakı bölmələrinə ehtiyac olarsa dərhal Cənubi Koreyanın Sarı dənizdəki adalarını “alov dənizi”nə çevirmək üçün döyüşə tam hazır vəziyyətdə olmağı əmr edib.

Geri qayıt