Əsas Səhifə > Sosial, Manşet > İBRAHİMBƏYOV BAKIYA GƏLƏRSƏ, HƏBS OLUNA BİLƏR

İBRAHİMBƏYOV BAKIYA GƏLƏRSƏ, HƏBS OLUNA BİLƏR


13-05-2013, 10:04
İBRAHİMBƏYOV BAKIYA GƏLƏRSƏ, HƏBS OLUNA BİLƏR
BU SƏBƏBDƏN RUSİYANIN AZƏRBAYCANDA SEÇKİLƏRLƏ BAĞLI PLANI DƏYİŞİB

DİA.AZ: - Vergi cinayətləri ilə ittiham olunan Ziyalılar Forumunun, “El” hərəkatının təsisçisi, kinodramaturq Rüstəm İbrahimbəyovun həbs olunması ehtimalı yenidən gündəmə daşınmaqdadır. Bu barədə DİA.AZ-a daxil olan informasiyalar da təsdiqləyir ki, hazırda Azərbaycana gələcəyini bildirməsinə rəğmən hələ də Bakı yolunu tuta bilməyən kinorejissor məhz bu ehtimalı nəzərə alaraq pıanlarını ertələməli olub.

Redaksiyamızın əldə etdiyi informasiyalardan aydın olur ki, əslində İbrahəimbəyovun ehtiyatlanması əbəs deyil və ortada konkret tədarük mövcuddur: «Rüstəm İbrahimbəyovun kimin, hansı ölkənin adamı olmasını nə sübut etməyə ehtiyac var, nə də burada nəsə icad etmək lazımdır. Adam rəsmən Rusiyanın qucağında oturmuş birisidir və bu gün özünü Reyqana bənzədən İbrahəimbəyov yaxşı başa düşür və yaxşı məlumatlandırılıb ki, onun Bakıya gələcəyi təqdirdə həbsi qaçılmazdır».

Mənbəmizin iddialarına görə bu yöndə rəsmi Bakının tədarük görməsi xəbərini də İbrahəimbəyova elə Bakıdan çatdırıblar: «Bakının onun həbsinə hazırlıq görməsi barədə kinorejissora həmçinin Rusiyanın xüsusi xidmət orqanları da məlumat verdiyindən onun yaxın günlərdə Azərbaycana dönüşü imkansızdır».

Amma Rüstəm İbrahimbəyov bu gün həm də Milli Şura ideyasının katalizatoru kimi çıxış etməkdədir. Bu isə o deməkdir ki, İbrahimbəyovun fərqli planları var. Elə məlumatlı mənbədən əldə etdiyimiz bilgilər də belə deməyə əsas yaradır:

«Rüstəm İbrahimbəyov ilk əvvəl özü prezidentliyə namizəd olmaq istəyirdi. İndi isə bunun mümkünsüz olduğunu görür. Ona görə də bu fikrindən daşınıb, inandıra bildiyi müxalifət liderlərindən biri ilə Rusiyanın planlarını icra etmək niyyətindədir».

Geri qayıt