Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEV ƏKS CİNAHI NECƏ SUSDURA BİLİB?

RAMİZ MEHDİYEV ƏKS CİNAHI NECƏ SUSDURA BİLİB?


13-05-2013, 09:27
RAMİZ MEHDİYEV ƏKS CİNAHI NECƏ SUSDURA BİLİB?
PA ŞEFİ İNTERNET YOX, POÇT XİDMƏTİNDƏN İSTİFADƏYƏ ÜSTÜNLÜK VERİR

DİA.AZ: - «Hakimiyyətin tədrici olaraq ayrı-ayrı dövlət qurumlarında həyata keçirdiyi kadr islahatları əslində, gözlənilən BÖYÜK DƏYİŞİKlşiyə tədarükdür. Amma bu proses yubanır və yubanma hələ seçkilərdən sonraya qədər də davam edə bilər» - Bu sözlər DİA.AZ-a göndərilən məqalədə yer alıb. Bildirək ki, redaksiyamızın elektron poçtuna daxil olan materialda iqtidardaxili münasibətlərin bəzi məqamlarına aydınlıq gətirən olduqca ilginc nüanslar yer alıb.

Məqalədə bildirilir ki, əsasən keçən ilin ortalarından etibarən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və onun çevrəsi hədəfə alındı: «Və bu proses bu günümüzə qədər davam etdirilməkdədir. Burada söhbət Ramiz Mehdiyevin hansı əhəmiyyətdə müqavimət göstərməsindən daha çox, onun zaman-zaman hansı kəşfiyyat dairələri ilə əlaqəyə girərək Azərbaycan adından siyasi bazarlıqları həyata keçirməysindən gedir.

Ramiz Mehdiyev ona görə güclüdür ki, zaman-zaman ciddi proseslərin iştirakçısı olub. Və bu proseslər onu gücə çevirib ki, burada da başlıca məqam onun özünə «stavaka» cəlb etməsilə əlaqədardır. Artıq Ramiz Mehdiyev stavka olunan fiqur kimi hadisələrin episentrində olmaqla yanaşı, həm də kifayət qədər informasiyalı şəxs kimi yenilməz təəssüratı bağışlayır».

Məlumatlara görə, Ramiz Mehdiyevə qarşı bu gün açılan cəbhədə əgər şantaj və təhdid xarakterli materiallardan istifadə olunursa, PA şefinin də anoloji silahdan istifadə edərək əks qütbü susdurması mümkündür: «Bu, açıq-aşkar ortadadır. Ramiz Mehdiyev sadəcə olaraq internetin xidmətlərindən az istifadə edir və üstünlüyü poçt xidmətlərinə verir».

Mənbəmiz bildirir ki, bir neçə məmura bu günlərdə Ramiz Mehdiyevin adından ifşaedici faktlar göndərilib: «Həmin məmurlar özlərini yeni komandada görürdülər. İndi isə onlar qərarsızdırlar. Və ünvanlarına göndərilən materialın təsiri altında bir köşəyə çəkilmək zorunda qalıblar».

Geri qayıt