Əsas Səhifə > Dünya > 22 ŞƏHƏRDƏ ETİRAZ AKSİYALARI KEÇİRİLƏCƏK

22 ŞƏHƏRDƏ ETİRAZ AKSİYALARI KEÇİRİLƏCƏK


10-12-2011, 11:53
22 ŞƏHƏRDƏ ETİRAZ AKSİYALARI KEÇİRİLƏCƏK

PUTİN HAKİMİYYƏTİ LAXLAMAQDADIR

Bu gün Rusiyada mitinqlər keçiriləcək.

Ümumrusiya mitinqlərinə ölkənin 22 şəhərinin qoşulacağı gözlənilir.

Moskvada İnqilab Meydanında təyn olunmuş mitinqlə bağlı paytaxt merinin birinci müavini A.Qorbenko müxalifət lideri Boris Nemtsova məktub göndərib. Məktubda mitinqin “Bolotnoy” meydanına dəyişdrilməsi təklif edilir. Şəhər rəhbərliyi müxalifətin mitinq keçirmək istədiyi ərazinin nəzərdə tutulan mitinq iştirakçısının yığışması üçün uyğun olmadığını bildirir.

Moskvada keçiriləcək mitinq saat 14.00-da başlayacaq, saat 18.00-dək davam edəcək. Mitinqdə 30 min nəfərin iştirak edəcəyi gözlənilir.


Geri qayıt